Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Xəzər” TV “Aramızda qalsın” serialı ilə bağlı açıqlama yayıb

“Xəzər” TV-də yayımlanan və tamaşaçıların rəğbətini qazanmış “Aramızda qalsın” serialı tamamilə Azərbaycanda istehsal edilən layihələrdəndir.

APA-nın məlumatına görə, bu barədə bu gün “Xəzər” TV-nin yaydığı açıqlamada bildirilir. 

Açıqlamada deyilir ki, bu serialın məzmunu və cərəyan edən hadisələr Azərbaycanın adət-ənənə və milli-mənəvi dəyərlərinə uyğun mövzulardır: “Serial “Xəzər” TV-nin öz studiyalarında maddi-mənəvi əmək sərf edilərək yaradılıb və Azərbaycan tamaşaçısının maraqları nəzərə alınaraq hazırlanır.

Serialın ssenarisi, musiqisi, aktyorluq və digər yaradıcılıq məsələləri, habelə bununla bağlı hüquqi məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində həll edilmiş və həyata keçirilir.

Onu da qeyd ermək istərdik ki, “Xəzər” TV üç ildən artıqdır ki, öz fəaliyyətini uğurla davam etdirir. Bu üç illik fəaliyyəti ərzində həyata keçirdiyi layihələri müəlliflik lisenziyası əsasında yayımlayıb və gələcəkdə də bu mövqeyimizi davam etdirmək niyyətindəyik”.

Xatırladaq ki, Türkiyənin ATV televiziyasında yayımlanan məşhur “Çocuklar duymasın” serialının prodüseri və ssenaristi Birol Güvən Azərbaycanın “Xəzər” telekanalında nümayiş olunan “Aramızda qalsın” serialına qarşı məhkəmə iddiası qaldıracağını açıqlayıb. B. Güvən Türkiyə mətbuatına vəkillərinə bu barədə təlimat verdiyini bildirib.






2 Mart, 2011  19:25 Baxılıb: 2676 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner