Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

AZƏRBAYCANA GİZLİ TƏZYİQLƏR

Prezidentin açıqlamasını politoloqlar şərh etməkdə çətinlik çəkirlər

«Azərbaycan müstəqil dövlət kimi güclənir, möhkəmlənir. Amma kimlərinsə bizim müstəqil siyasət aparmağımızdan xoşu gəlmir, bu onları qıcıqlandırır və istər-istəməz müxtəlif yollarla, bəzi hallarda təxribat xarakterli yollarla Azərbaycana təzyiq etmək cəhdləri də olur. Səbəb də məhz odur ki, biz müstəqil siyasət aparırıq və Azərbaycan xalqının maraqlarını qoruyuruq. Bu bizim üçün hər şeydən üstündür. Bu, tarixi məqamdır və bunu yadda saxlamalıyıq”.

Bunu prezident İlham Əliyev «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda deyib.

Prezident Azərbaycana hansı qüvvələr tərəfindən təzyiq edildiyini açıqlamayıb. Simsar.az bu məqama politoloqlarla aydınlıq gətirməyə çalışır.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, söhbət konkret dövlətlərdən getmir.

- Azərbaycan siyasətində priorietlər müəyyənləşdirilməyib. Daxili, xarici, iqtisadi siyasətin kortəbiiliyi bütün dövlətləri qıcıqlandırır. Rəsmilərin Dağlıq Qarabağ probleminin həllində ordudan istifadə olunacağı barədə açıqlamaları dövlətlərdə, təşkilatlarda narahatlıqları artırıb.
Azərbaycanın Dağlıq Qarabağ siyasətindən daha çox Rusiya narahatdır. Cənubi Qafqazda sabitlik əsasən Rusiyaya lazımdır. Soçi görüşünün təşkili, ABŞ dövlət katibi müavininin Bakıya gəlişi Azərbaycana qarşı təzyiqlərdən xəbər verir.

Milli Məclisin deputatı Zahid Oruc bildirir ki, hər bir dövlət siyasət meydanının daha geniş olmasını istəyir.

- Cənab prezidentin müşavirədə səsləndirdiyi fikirlər ən müxtəlif məsələləri əhatə edir. Siyasi məsələlər, regionla bağlı geo-strateji vəziyyət elədir ki, Azərbaycana çərçivə cızmaq istəyənlər var. Avropa dövlətləri tərəfindən də bizə çərçivələr təqdim olunur.
Daxildə də iqtisadi və siyasi məsələlərlə bağlı təzyiqlər ola bilər.
Ümumiyyətlə, prezidentin çıxışına əhatəli şərh vermək çətindir. Biz yalnız mülahizələr irəli sürə bilərik.

Politoloq Sülhəddin Əkbər bildirir ki, prezident İlham Əliyev təzyiqlərlə bağlı üstüörtülü danışdığı üçün şərh vermək bir qədər çətindir.

- Azərbaycana qarşı zaman-zaman açıq və gizli təzyiqlər olur. Çox güman ki, prezident çıxışında şəxsi təzyiqləri nəzərdə tutub. Wikilikes-in yaydığı sənədlər, korrupsiya ilə bağlı faktların açıqlanması, Dubay mülkləri barədə məlumatların dərci, İranda dindar kəsimin bəyanatları hakimiyyətə qarşı təzyiqlərin göstəriciləridir. Təzyiqlər müxtəlif məsələlərlə bağlı ola bilər. Bu, təzyiq edən tərəfin hansı maraqlarının pozulmasından asılıdır. Ehtimal olunur ki, hakimiyyətə təzyiqlər qonşu ölkələrdən – Rusiya, Türkiyə və İrandan, ABŞ və Avropa Birliyi ölkələrindən, o cümlədən İsraildən, transmilli korpoorasiyalardan, narkoticarətlə məşğul olan mərkəzlərdən gələ bilər.






2 Mart, 2011  18:54 Baxılıb: 1611 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner