Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

PREZİDENTİN “QİYMƏTLƏRİ ENDİRİN” MESAJI ÜNVANLARA ÇATMAYIB -FOTO

Yasamal rayonu ərazisində - “Nizami” metrostansiyası ətrafındakı ərzaq mağazalarındakı qiymətlərin artım siyahısı Simsar.az-da

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda son aylar ölkədə yaşanan bahalaşmaya sərt reaksiya verib. 

Prezident çıxışında deyib ki, bahalaşmanın qarşısının alınması barəsində ciddi mübarizə aparılmalıdır: “Hansı sahələrdə ki, ölkəmiz idxaldan asılı deyil, həmin sahələrdə qiymətlərin süni artımına qətiyyən yol vermək olmaz. Azərbaycanda 93 faiz ət istehsal olunur, demək olar ki, burada vəziyyət yaxşıdır. Quş əti istehsalı artıbdır, hazırda özümüzü 80 faiz səviyyəsində təmin edirik. Süd və süd məhsullarının 85 faizi Azərbaycanda istehsal olunur. Amma bitki yağına, kərə yağına gəldikdə, daha çox idxaldan asılıyıq. Şəkərlə özümüzü 150 faiz təmin edirik, ixrac da edirik”.

Simsar.az saytının əməkdaşı Azərbaycan prezidentinin çıxışının səhəri günü Bakı şəhəri Yasamal rayonunda yerləşən bir neçə ərzaq mağazasında monitorinq aparıb.

Qiymətlər süni şəkildə qaldırılıb

Qiymətlərin süni şəkildə qaldırılmasını mağaza sahibləri və satıcılar özləri də təsdiqləyib.

Əməkdaşımız insanların ən çox istifadə etdiyi yeyinti məhsullarında- ət, kartof, soğan, şəkər, süd məhsulları və yumurtanın qiymətlərində ciddi artım olduğunu müşahidə edib. Yerli məsulların qiyməti xaricdən idxal olunan ərzaqlara nisbətən təxminən iki dəfə artıb. Mağaza sahibləri bunu bayramqabağı süni qiymət artımı ilə əsaslandırır. Mağaza sahibləri bildirir ki, İrandan, Dubaydan və Türkiyədən idxal olunan ərzaqlar ölkəmizdə istehsal olunan yerli məhsullardan ucuzdur.
Hətta kontur kartlarının qiymətləri də qalxıb.


Ərzaqların əvvəlki və indiki qiymətləini təqdim edirik.


Broyler yumurtası əvvəl 15-17 qəpik, hazırda 25 qəpik.

Kəndə yumurtası əvvəl 20 qəpik, hazırda 30 qəpik.

Filey (paketdə olan hazır ət məhsulları) əvvəl 1 manat 40 qəpik, hazırda 1 manat 60 qəpik.

Göyərtilər əvvəl 15 qəpik, hazırda 50 qəpik.

Xiyar əvvəl 1 manat, hazırda 1 manat 50 qəpik.

Kartof əvvəl 1 manat 20 qəpik, hazırda 1 manat 60 qəpik.

Soğan 1 manat 20 qəpik, hazırda 1 manat 60, 70 qəpik.

Kələm əvvəl 70-80 qəpik, hazırda 90 qəpik - 1 manat.

Qənd əvvəl 1 manat, hazırda 1 manat 20 qəpik.



Aynurə Həsənova






2 Mart, 2011  17:47 Baxılıb: 1745 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner