Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

VAQİF ƏSƏDOV JURNALİSTLƏRİ MÜĞƏNNİNİN AYAĞINA VERİB?

“Jurnalistlər fikirlərimi təhrif edib”

Fevralın 28-i axşam saatlarında Bakı şəhər Dövlət Yol Polisi əməkdaşları ilə birgə reydə çıxan jurnalistlər yol hərəkəti qaydasını pozan N.Ələsgərlinin şəkilini çəkiblər. Bu zaman müğənninin sürücüsü müxbir Elməddin Muradlının vəsiqəsini cırıb. N.Ələsgərlinin özü digər jurnalist Fərid Şahbazlını «düdük» adlandırıb. 

Bu olaydan sonra Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov N.Ələsgərlinin səhvən saxlanıldığını deyib. Onun sözlərinə görə, müğənni polisə tabe olmadığına görə yox, avtomobilində əlavə səs siqnalı quraşdırılması barədə məlumata görə saxlanılıb. Araşdırmalar zamanı isə avtomobildən səs siqnalı tapılmayıb və müğənni sərbəst buraxılıb.

Maraqlıdır, jurnalistləri reydə V.Əsədov dəvət edib. Mətbuatda yazılanlardan belə başa düşülür ki, mətbuat xidmətinin rəhbəri jurnalistləri müdafiə etmək əvəzinə, N.Ələsgərlinin tərəfinin tutub.
V.Əsədovun bu yanaşmasına münasibət bildirən F.Şahbazlı Simzar.az saytına deyib ki, reyd zamanı N.Ələsgərlinin hərəkət qaydasını pozduğunu oradakı yol polisləri təsdiqləyib: «Nüşabə Ələsgərli yol polisinin əmrinə tabe olmadı. Bunun özü də pozuntu sayılır. Bunların qarşılığında Vaqif Əsədovun Nüşabə Ələsgərlinin müdafiəsinə qalxmasını başa düşə bilmirəm».

“Bundan sonra reydlərdə iştirak edəcəksinizmi” sualına F.Şahbazlı tərəddüdlə cavab verib: «Dəvət etsələr, baxarıq».

V.Əsədov isə jurnalistlərin müdafiəsindən heç vaxt çəkilmədiyini bildirib: «Mən deməmişəm ki, yol polisi Nüşabə Ələsgərlini səhvən saxlayıb. Jurnalistlərin fikirlərimi təhrif etməsinin nəticəsində belə anlaşılıb. Jurnalistləri reydə mən dəvət etmişəm və arxalarında da dururam. Mənim jurnalistlərlə aramı vurmayın. Baş verənlərlə bağlı münasibətimi bilmək istəyirsinizsə, diktafonunuzu da götürün gəlin görüşək, açıqlama verim».

RAMİL






2 Mart, 2011  17:13 Baxılıb: 2902 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner