Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Axtarışda olan direktorunun fotosu

“Mur-Ay” MMC-nin direktoru Elxan Balaxan oğlu Hüseynovun fotosu yayılıb.

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumatda bildirilib ki, E. Hüseynovu tanıyan və yerini bilənlərdən bu barədə Daxili İşlər Nazirliliyinin “102” xidmətinə və ya Respublika Baş Prokurorluğuna məlumat vermələri xahiş olunur. 

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ötən gün APA-ya açıqlamasında “Mur-Ay” MMC-nin qanunsuz əməlləri ilə əlaqədar 6 nəfərin həbs edildiyini bildirib. Şirkətin rəhbəri Elxan Hüseynov barəsində isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan edilib.

E. Sultanov həmçinin qeyd edib ki, “Mur-Ay” MMC-nin qanunsuz əməllərindən zərərçəkən 820 vətəndaş dindirilərək zərərçəkmiş şəxs qismində tanınıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə, vətəndaşlara vurulmuş maddi ziyanın ödənilməsi istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş bütün zəruri tədbirlər görülür.






2 Mart, 2011  15:46 Baxılıb: 1408 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner