Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ-da əməliyyat: 24 ölkənin 628 vətəndaşı həbs olunub

ABŞ-ın immiqrasiya və gömrük polisi narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı keçirdiyi 2 aylıq əməliyyatın nəticələrini açıqlayıb.

Simsar.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, 2010-cu ilin dekabrından 2011-ci ilin fevralına qədər olan müddətdə ABŞ-ın 168 şəhərində aparılan əməliyyat zamanı 678 nəfər həbs edilib. 

Həbs edilənlərin 72-si qadındır. Əməliyyat zamanı 86 ədəd odlu silah, 70 min dollar, 13,6 kiloqram marixuana və digər narkotik vasitələr müsadirə edilib. Şübhəlilər 133 müxtəlif cinayətkar qruplaşmaya mənsubdurlar. Həbs edilənlərin böyük əksəriyyəti Cənubi və Mərkəzi Amerika, Asiya, Afrika və Karib hövzəsində yerləşən 24 ölkənin vətəndaşlarıdır.

Saxlanılanlar arasında yer alan 36 yaşlı Andrey Melnikov ABŞ-da leqal yaşayan Rusiya vətəndaşıdır. O, “Valleros” cinayətkar qruplaşmasının üzvüdür və avtomobil qaçırılması ilə məşğul olub.

Polisin açıqlamasında qeyd olunur ki, cinayətkar qruplaşmalar tək narkotik vasitə qaçaqmalçılığı ilə yox, həm də silah və insan ticarəti ilə məşğul olublar.






2 Mart, 2011  14:58 Baxılıb: 1331 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner