Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Çelsi” “Mançester Yunayted”i məğlub etdi

İngiltərə çempionatının 18-ci turundan təxirə salınmış qarşılaşmada “Çelsi” “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub edib.

Simsar.az-ın məlumatına görə, ilk yarıda 0:1 hesabı ilə uduzan “zadəganlar” fasilədən sonra 2 qol vurublar. 

Qonaqların heyətində Ueyn Runi, meydan sahiblərindən isə David Luis və Frenk Lempard fərqlənib. Lempard rusiyalı Yuri Jirkovun qazandığı penaltini dəqiq yerinə yetirib. Görüşün ssenarisi də gedişinə uyğun olub. İlk yarıda “Mançester Yunayted” daha yaxşı təsir bağışlayıb. İkinci hissədə isə, əksinə, londonlular güclü olublar. Xüsusən, baş məşqçi Karlo Ançelottinin etdiyi dəyişikliklər “Çelsi”nin oyununu gücləndirib. 61-ci dəqiqədə Nikolya Anelkanı Didye Droqba, 71-ci dəqiqədə isə Floran Maludanı Yuri Jirkov əvəzləyib. Əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə “qırmızı şeytanlar” azlıqda qalıblar: Nemanya Vidiç meydançadan qovulub.

Bu qələbədən sonra xallarını 48-ə çatdıran “Çelsi” 4-cü pilləyə yüksəlib. 60 xalla qalan “Mançester Yunayted” isə liderliyini davam etdirib. İkinci pillədə gedən “Arsenal” 4 xal geri qalsa da, ehtiyatda bir oyunu var.

Qeyd edək ki, “Çelsi” və “Mançester Yunayted” arasındakı matç hələ dekabrın ortalarında baş tutmalı idi. Lakin güclü qar üzündən görüş ehtiyat günə təxirə salınıb.






2 Mart, 2011  14:48 Baxılıb: 1518 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner