Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Vaşinqtondan Xankəndinə axan pul seli nə vaxt kəsiləcək?

Diaspor üzvləri ABŞ-ın Dağlıq Qarabağa birbaşa maliyyə yardımı ayırmaması üçün kampaniya aparır.

Amerikada yaşayan azərbaycanlılar artıq dördüncü ildir intensiv şəkildə Konqresə məktub ünvanlama kampaniyası aparır.
Simsar.az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, hər ilin əvvəli həmvətənlərimiz 20 Yanvar, Xocalı və Sumqayıt hadisələrinin ildönümü ərəfəsində Amerika qanunvericiləri ilə yanaşı, media və ictimaiyyət nümayəndələrinə məktublar göndərir. İcma üzvlərimiz yerli və federal qanunvericilərdən cavablar alır.

Bu günlər Amerikada yaşayan azərbaycanlıların şəbəkəsi USAN  Konqresə ABŞ-ın 2012-ci il üçün xarici yardımları ilə əlaqədar daha bir məktub kampaniyası aparır.

1998-ci ildə Konqres rəsmi Bakının etirazlarına baxmayaraq, Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionuna birbaşa maliyyə yardımı göndərməyə başlayıb. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək, dünyada başqa heç bir dövlət Dağlıq Qarabağa maliyyə yardımı ayırmır.

Amerikalı azərbaycanlılar Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamasına kömək edən bu birbaşa maliyyə yardımına qəti etirazını bildirir. Həmvətənlərimiz öz etirazlarını Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi qarşısında çıxış edəcək Dövlət katibi  Hillari Klintona çatdırmaq üçün ona məktub göndərib. Məktubda xanım Klintona ABŞ-ın regionda mühüm müttəfiqi olan Azərbaycanın etirazına baxmayaraq, hazırkı iqtisadi durumda Dağlıq Qarabağda hərbi rejimə maliyyə yardmının qarşısını necə almaq olar kimi sual verilir.

ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi USAN  Dövlət katibi Klintonla yanaşı, Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin bütün üzvlərinə və onların Senatdakı həmkarlarına məktub göndərib.






2 Mart, 2011  13:56 Baxılıb: 1332 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner