Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Vüsalə Mahirqızı BDU-nun tələbələrinə mühazirə oxuyub

Bu gün Azəri-Press İnformasiya Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin qonağı olub.

APA-nın məlumatına görə, fakültənin beynəlxalq jurnalistika kafedrasının müəllimi Pərvanə İbrahimovanın tədris etdiyi “Azərbaycan informasiya agentliklərinin təşəkkülü və inkişafı” fənni üzrə IV kurs tələbələri ilə bir araya gələn V. Mahirqızı bazar münasibətlərinin formalaşması və özəl informasiya agentliklərinin inkişafı prosesindən danışıb. 

APA-nın baş direktoru özəl informasiyanın dövlətin daxili və xarici siyasətində rolu, yeri və əhəmiyyətindən, bu agentliklərin beynəlxalq-hüquqi statusundan, qeydiyyatı və tənzimlənməsindən bəhs edib. Əsasən yaradıcısı olduğu APA İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı tələbələrə geniş məlumat verən Vüsalə Mahirqızı onun həm ölkə daxilində, həm də Qafqaz və Xəzəryanı regionda xəbər tədarükçüsü olduğunu diqqətə çatdırıb.

O, “APA Group”-a daxil olan “Lent.az” və “Vesti.az” xəbər portallarının fəaliyyətindən, maraq göstərilən, ən çox oxunan mövzulardan və bunun səbəblərindən də bəhs edib. “Monoloq insanı yorur, gəlin dialoqa keçək”, - deyən baş direktor daha sonra tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Mühazirədə fənn müəllimləri Pərvanə İbrahimova, Vüqar Əliyev də iştirak ediblər. Fakültənin dekanı, professor Yalçın Əlizadə isə maraqlı mühazirəyə görə V. Mahirqızına təşəkkür edib və ustad dərslərinin davamını arzulayıb.






1 Mart, 2011  22:07 Baxılıb: 1640 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner