Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

“Yol polisindən şikayətlər daha çoxdur ”

Ombudsman Elmira Süleymanova Milli Məclisə hesabat təqdim edib

Ötən il Azərbaycan Ombudsmanına vətəndaşlardan daxil olan şikayətlər içərisində Dövlət Yol Polisi (DYP) əməkdaşlarının davranışı və peşəkarlığı ilə bağlı hallar daha çox diqqət cəlb edib.APA-nın məlumatına görə, bu barədə Azərbaycan Ombudsmanının 2010-cu ildəki fəaliyyətinə dair Milli Məclisə təqdim etdiyi hesabatında qeyd olunub.

Hesabatda qeyd edilib ki, DYP əməkdaşlarının sürücülərlə kobud rəftarı, müəyyən olunmuş cərimədən artıq əsassız pul tələb etməsi və digər qanunazidd hərəkətləri vətəndaşların haqlı narazılığına və yuxarı dövlət orqanlarına çoxsaylı şikayətlərə səbəb olub.

Sənəddə qeyd edilir ki, istər xüsusi, istərsə də xidməti avtonəqliyyat vasitələrində səyyar radarlardan istifadə adi hal alıb: «DYP xidməti avtomobilləri olduğu halda, belə radarların xüsusi avtomobillərdə quraşdırılması anlaşılmazdır. Digər tərəfdən, xəbərdaredici nişanla təmin edilməyən səyyar radarlardan istifadə edilməsi yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsindən və profilaktik tədbirlərdən daha çox qaydaları pozmuş sürücülərin incidilməsinə və cəzalandırılmasına, habelə rüşvət mənbəyi kimi istifadə edilməsinə xidmət edir. Təhlillər göstərir ki, respublikada, xüsusilə də Bakı şəhəri ərazisində avtomobil yollarında qəzalar əsasən təhlükəsizliyi təmin edən texniki baxış proqramının olmaması, avtomobillərin sıxlığı, yüksək sürət və ötmə qaydalarının pozulması, sərxoş idarəetmə, bəzi yol ayrıclarında işıqforun olmaması, bir sıra DYP əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozmuş sürücülərə qarşı qanuni tədbirlərin görülməsi əvəzinə onlardan pul alaraq gördüyünə göz yumması səbəbindən baş verir».

Ombudsman hesabatında küçələrdə avtomobil tıxaclarının yaranmasında DYP əməkdaşlarını günahlandırıb.

Qeyd olunub ki, daxil olan şikayətlərdə Nəqliyyat Nazirliyinin «Avtonəqliyyatservis» Departamentinin «Avtonəqliyyatekspedisiya» İstehsalat Birliyinin əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması, onlara məxsus avtomobillərin sənədlərinin bəzən zor tətbiq edilməklə əllərindən alınması, dövlət nömrə nişanlarının açılıb götürülməsi, sürücülərdən rüşvət tələb edilməsi və s. hallar da öz əksini tapıb.

Ombudsman hesabatında onu da qeyd edib ki, tikinti-abadlıq işləri və yaşayış binalarının inşası zamanı vətəndaşlara onların evlərinə görə aşağı məbləğlərin təklif edilməsi, bununla razılaşmadıqda məhkəmə qərarı ilə, bəzən bu da olmadan sakinlərin öz evlərindən zorla çıxarılması, evlərin sökülməsi, sakinlərin müxtəlif yollarla köçməyə məcbur edilməsi müşahidə olunub.






1 Mart, 2011  21:59 Baxılıb: 2096 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner