Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

YEDDİ ƏSGƏRİN QƏTLİNİ ARAŞDIRAN İSTİNTAQ QRUPUNUN RƏHBƏRİ: “HADİSƏDƏ ERMƏNİ İZİ YOXDUR”

Müdafiə Nazirliyinin “N” hərbi hissəsində 7 əsgərin həlak olması ilə nəticələnən, fevralın 20-də baş vermiş qətldən 10 gün keçsə də, hadisənin üzərindən sirr pərdəsi götürülmür. İndiyədək yalnız həlak olan əsgərlərin adları, onların hansı rayondan hərbi xidmətə çağırıldığı və cinayət işinin açıldığı haqda ictimaiyyətə məlumat verilib.

Müdafiə Nazirliyi və prokurorluq orqanları (Respublika Prokurorluğu, Respublika Hərbi Prokurorluğu, Gəncə Hərbi Prokurorluğu), o cümlədən istintaq qrupu qətlinin səbəb və motivlərini, qətli kimin, yaxud kimlərin törətdiyini açıqlamır. 

“Simsar.az” saytı martın 1-də hadisəni araşdıran istintaq qrupunun rəhbəri, respublika hərbi prokurorunun müavini ədliyyə polkovniki Şəfahət İmranova müraciət edib. Hazırda hadisə yerində olduğunu deyən Şəfahət İmranov intensiv istintaq hərəkətlərinin davam etdirildiyini bildirib və saytın suallarının əksəriyyətini cavablandırmayıb. 

- Cinayət işi yalnız Cinayət Məcəlləsinin əvvəl elan olunan 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə aparılır, yoxsa istintaq zamanı üzə çıxan yeni xüsusatlarla əlaqədar olaraq işə yeni maddələr əlavə edilib?

- Hadisənin istintaqı əvvəl elan olunan maddə ilə, yəni Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə aparılır və işə yeni maddə əlavə olunmayıb.

- Hadisənin necə baş verdiyi, qətlin səbəbləri, motivləri məlumdurmu?

- Bu barədə heç nə deyə bilmərəm. Rəsmi açıqlamada bu suallara cavab veriləcək.

- Qətli kim və ya kimlər törədib?

- Onu da açıqlayacağıq.

- Hadisə harada baş verib?

- Onu da açıqlayacağıq.

- Əsgərlər bir silahdan açılan atəşlə qətlə yetirilib, yoxsa onlara bir necə silahdan atəş açılıb?

- Bu barədə də heç nə deyə bilmərəm.

- Hadisəyə görə təqsirləndirilən və ya şübhəli şəxs qismində saxlanılan varmı?

- Saxlanılan yoxdur.

- Hadisə yerində olan və sağ qalan əsgər Kamran Akif oğlu Musazadənin saxlanıldığı doğrudurmu?

- Xeyr, o, saxlanılmayıb. Şahid kimi dindirilib və hərbi xidmətini davam etdirir.

- Həmin əsgərin necə sağ qaldığı müəyyənləşibmi?

- Onu da açıqlayacağıq.

- Necə olub ki, güllə dəyən əsgərlərin hamısı həlak olub? Bu, gülə yaraları çox ağır olduğuna görə baş verib, yoxsa qanaxmadan da dünyasını dəyişən var?

- Bunu ekspertiza müəyyənləşdirəcək.

- Aparılan istintaq bir necə gün əvvəl prezident İlham Əliyevin Şəmkir hərbi birləşməsinin komandanı vəzifəsindən çıxardığı və general-mayor rütbəsindən məhrum etdiyi Çingiz Şəfiyevin fəaliyyətini də əhatə edirmi?

- Bu mənim səlahiyyətimə aid olmadığına görə suala cavab verə bilmərəm.

- Hadisədə birbaşa, yaxud dolayısıyla - qətli törədən şəxsi və ya şəxsləri xarici kəşfiyyatın ələ alması formasında erməni izi varmı?

- Xeyr, hadisədə hər hansı formada erməni izi yoxdur.






1 Mart, 2011  19:51 Baxılıb: 1601 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner