Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

KÜTLƏVİ BAHALAŞMA

Bahaçılıq yumurtanın qiymətinin qalxması ilə start götürdü 

Mart ayı gələr-gəlməz bəzi kənd təsərrüfatı məhsullarının qiymətlərinin bahalaşması müşahidə olunur. Xüsusilə də, yumurtanın 10-20 qəpik bahalaşması əhalidə narazılıq yaradıb. Bahalaşma mətbuatın da gündəmini cəlb edib. “Yumurta” bir neçə gündür qəzetlərin əsas mövzusuna çevrilib. 

Vəziyyətlə daha yaxından tanış olmaq üçün Simsar.az-ın əməkdaşı şəhərin mərkəzi bazarlarında olub.

«28 May bazarı» adlanan ticarət mərkəzində kənd yumurtası ölçüsündən asılı olaraq 25-30 qəpik arasında dəyişir. Broyler yumurtası isə 20-25 qəpikdir. Satıcılar bildirirlər ki, onlar aldıqları qiymətdən asılı olmayaraq, bütün vaxtlarda yumurtanı 2-3 qəpik bahasına satırlar. Qeyd edək ki, qiymət artımı təkcə yumurtada deyil. Ağartı məhsulları, qoz-fındıq, ət və balığın qiymətlərində də bahalaşma müşahidə olunur. Satıcılar Novruz bayramı qabağı qiymətlərin daha da artacağını düşünürlər.

«Qışda toyuqlar az yumurtlayır»

Satıcılar yumurtanın bahalaşmasına səbəb kimi qış aylarında ev quşlarının kütləvi tələf olması, idxal olunan quş yeminin bahalaşimasını göstərilir. Deyirlər ki, Novruzdan sonra havalar qızacaq, toyuqlar yumurtlayacaq və yumurta ucuzlaşacaq.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov mətbuata açıqlamasında bildirib ki, yerli bazarda yumurtanın qiymətinin artmasının səbəbi istehsalın aşağı düşməsi və mövsümi amillərlə bağlıdır: “Qış aylarında yumurtanın bahalaşması təbii haldır. Ötən ilin yanvarında da qiymətlər 30 qəpik idi”.
Onun sözlərinə görə, bahalaşmanın digər səbəbi ev quşlarının xəstəlikdən tələf olmasıdır: “Bəzi xəstəliklər nəticəsində ölkədə quşların sayı azalıb. Mövsümi səbəblərə gəlincə, ümumiyyətlə, qışda quşlar az yumurta qoyurlar. Bütün bu səbəblərdən 2010-cu ildə yumurta istehsalı 2009-cu ilə nisbətən 31 mln. ədəd və ya 2,5 faiz azalıb. Bu, yumurta istehsalının 2,5 faiz azalması deməkdir”.

Ç.Fərəcov hesab edir ki, artıq aprel ayında qiymətlərin aşağı düşməsi müşahidə olunacaq: “Mayda yumurtanın qiyməti yenə 10-12 qəpikdən artıq olmayacaq”.

Yumurtanı işbazlar qaldırır

Azərbaycan Quşçular Cəmiyyətinin (AQC) sədri Aydın Vəliyev Simsar.az-a açıqlamasında qeyd edib ki, quşların xəstəlikdən qırılması yumurtanın azalmasına, bu da qiymətlərin bahalaşmasına səbəb olub: «Yumurtanın qiymətinə xaricdən gətirilən qarışıq quş yeminin bahalaşması və bölgələrdə arpa-buğdanın bahalaşması da təsir edib. Yumurta satışında ara adamlar var, görürlər ki, bayram gəlir, kənd yumurtası qıtdır. Başlayırlar qiyməti qaldırmağa, məhsulu gizlədirlər, qıtlıq yaradırlar. Bəs bilmirsiz belə şeylər var, bazarın yazılmayan qanunlarıdır».

Məlumatlara görə, hazırda yumurtanın 1 ədədi quşçuluq təsərrüfatlarına 12-14 qəpiyə başa gəlir. Ötən il bu rəqəm 7-10 qəpik olub.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə bildirib ki, broyler şirkətlər bazarda razılaşdırılmış sövdələşmə qiymətlərini tətbiq edib, qiyməti bahalaşdırırlar.

Korrupsiyaya qarşı mübarizə ucuzluq yaratmalı idi, amma...

Hakimiyyətin korrupsiyaya qarşı mübarizəni gücləndirdiyi bir dövrdə qiymətlərin bahalaşması təəccüblü görünür. Əvvəllər bahalaşma olanda ekspertlər deyirdilər ki, bu, monopolistlərin işidir və ya gömrükdəki rüşvətlə bağlıdır. Rəsmilərin dediklərinə inansaq, gömrükdə korrupsiya ilə məşğul olanlar cəzalandırılıb, problem həllini tapıb. Bu məntiqlə yumurtanın qiyməti hətta aşağı düşməli idi. Korrupsiyaya qarşı mübarizə niyə əks effekt verib?

İqtisadçı ekspert Zöhrab İsmayılın fikrincə, ölkədə bahalaşma gömrük rusumlarının yüksək olması ilə birbaşa bağlıdır: «Əvvəl rusumlar tam həə tətbiq etmirdilər. Əvəzində rüşvət alınırdı. İndi isə vəziyyət dəyişib. Xaricdən idxal olunan quş yemi məhsullarına görə vətəndaş rusum şəklində ödmə həyata keçirir.

Fəzail Ağamalı: «Yumurtanı bahalaşdıranlar cəzalandırılacaq»

Millət vəkili Fəzail Ağamalı bildirib ki, yumurta və digər məhsulların bahalaşması əgər daxildən qaynaqlanırsa, bunun mütləq cəzası olacaq: «Ərzaq məhsullarının bahalaşması süni amillərlə bağlıdırsa, bu hakimiyyətin antikorrupsiya tədbirlərinin effektini aşağı salmaq deməkdir. Hesab edirəm ki, buna mütləq arayış verilməlidir. İnanmıram ki, bahalaşma daxildən qaynaqlansın. Buna indiki vaxtda heç kim cürət edə bilməz. Bahalaşmanın səbəbləri obyektiv şəkildə araşdırılmalıdır. İnanıram ki, bəzi ərazaq məhsullarının qiyməti xaricdə baş verən proseslərlə bağlıdır. Obyektiv amillərdən asılıdır. Bununla belə buna hökümət rəsmiləri aydınlıq gətirməlidir».

RAMİL






1 Mart, 2011  19:07 Baxılıb: 1871 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner