Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

PREZİDENT BÖHRANDAN DANIŞDI

Dünyada hökm sürən maliyyə böhranı Azərbaycandan yan keçdi

2009-2010-cu illərdə dünyada hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edib. Son iki il ərzində ölkə iqtisadiyyatı 15 faiz artıb. 

Bunu martın 1-də Bakı Biznes Mərkəzində regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarında həsr olunmuş konfransda prezident İlham Əliyev deyib.

İlham Əliyev deyib ki, Azərbaycan qarşıda duran bütün vəzifələri uğurla yerinə yetirəcək:

«Biz dövlət və özəl sektorun inkişafı ilə xarici ölkələrə daha çox sərmayə qoya bilərik. Bu, Azərbaycanın beynəlxalq əməkdaşlığını daha da genişləndirəcək...

Ötən il Azərbaycan iqtisadiyyatına 15.4 milyard dollar sərmayə qoyulub. Son 6-7 ildə ölkədə 2 mindən çox məktəb, 400 mindən artıq səhiyyə ocağı tikilərək istifadəyə verilib».

Prezident regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarını yüksək qiymətləndirib. Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu vurğulayıb.

Konfrans davam edir.






1 Mart, 2011  17:17 Baxılıb: 1455 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner