Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

11 həkim imtahandan maksimum bal topladı

Sayca 6-cı imtahanda 97 həkimdən yalnız 1 nəfər sertifikasiyanın növbəti mərhələsinə keçid balını toplaya bilməyib

Səhiyyə Nazirliyinin həkimlərin sertifikasiyası məqsədilə fevralın 23-də keçirdiyi test imtahanının nəticələrini açıqlayıb. Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a bildiriblər ki, stomatologiya və neyrocərrahiyyə ixtisasları üzrə keçirilən imtahanda ümumilikdə 97 həkim iştirak edib. İştirakçılardan 11 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstəriblər. Ümumilikdə isə imtahanda iştirak edən həkimlərdən 96 nəfər (99 faizi) uğurlu nəticələr əldə etmişdir. 

Bu dəfəki imtahanda yalnız 1 nəfər ikinci mərhələyə keçmək üçün tələb olunan 60 balı toplaya bilməyib. Həmin tibb işçisi mümkün 100 baldan 52 bal toplaya bilib. Xatırladaq ki, imtahanın şərtlərinə əsasən, həkimlər 3 saat ərzində 100 sualdan ən azı 60 suala düzgün cavab verməlidir. Hər sual 1 balla qiymətləndirilir. Bu şərti ödəyən həkimlər növbəti mərhələyə - 5 il müddətinə sertifikat almaq üçün müsahibəyə buraxılır.

İmtahanda 60 baldan aşağı nəticə göstərənlər isə yenidən imtahan verməlidir. İkinci imtahanda da tələb olunan keçid balını toplaya bilməyən həkimlərin praktik tibb fəaliyyəti göstərə bilməzlər. Onlar yalnız bir müddət də hazırlaşıb yenidən imtahan verməli və sertifikasiya üçün tələb olunan balı toplamalıdırlar.






1 Mart, 2011  16:55 Baxılıb: 916 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





21 Fevral, 2020  12:37




20 Fevral, 2020  16:03


19 Fevral, 2020  17:44












17 Fevral, 2020  09:17

15 Fevral, 2020  13:28

15 Fevral, 2020  12:35






14 Fevral, 2020  11:39




12 Fevral, 2020  16:52

12 Fevral, 2020  15:46






12 Fevral, 2020  09:38




11 Fevral, 2020  17:17


11 Fevral, 2020  17:00


sagbanner