Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Reportaj

Böyük Vətən Müharibəsi veteranı ilə – REPORTAJ + FOTOLAR

Məlum olduğu kimi, SSRİ dönəmində, 23 fevral sovet ordusu və Hərbi-Dəniz Donanması günü kimi təntənəli şəkildə keçirilirdi. Hətta sovet vaxtı bu təqvim kişilərin bayramı kimi də qeyd edilirdi.  Günümzüdə sözügedən bayram qeyd olunmasa da,  hər-halda ötən dövrümüzün tarixidir. Məlumdur ki  Azərbaycan 70 il keçmiş SSRİ-nin tərkibində olan 15 respublikadan biri olub. SSRİ-nin Böyük Vətən müharibəsində qələbə çalmasında Azərbaycan neftinin müstəsna rolu olub.  Həmçinin sovet ordusunda 600 min Azərbaycan vətəndaşı almanlara qarşı  döyüşüb. Onların təxminən 400 min nəfəri geri qayıtmayb. Elə bu baxımdan da sözügedən tarixə eksuriya etməyə dəyər. Sovet dövründə kişilər günü kimi qeyd edilən həmin bayram, bu gün qeyd olunmasa da, 23 fevral ərəfəsində bir zamanlar müharibənin od-alavundan keçmiş Böyük Vətən müharibəsi veteranı Bəkir Məmmədovdla söhbətləşməyi özümüzə borc bildik.

Veteran Bəkir Məmmədov hələ müharibədən əvvəl pedoqoji texnikumda təhsil alıb ibtidai sinif müəllimi işlədiyini deyir. Müharibənin başlaması xəbərini isə hərbi xidmətdə olarkən eşidib. “Mən piyada qoşunlarında xidmət etmişəm. Müharibə xəbərini verənlər deyirdilər ki, faşistlər 3 ay ərzində Sovet İttifaqını işğal etmək istəyirlər. Baxmayaraq ki, onlar Moskvanın 17 kilometrliyinə çatmışdılar, amma  onlar bu istəklərinə çata bilmədilər. Eyni zamanda, faşistlərin Mahaçqalaya çatmağa 70 kilometrlik yolları qalmışdı. O vaxt bizi Minsk şəhərini azad etməyə göndərdilər. Səhra ordusunda olsam da, Qafqaza gəlib 23-cü Azərbaycan milli diviziyasının tərkibində döyüşdüm. 1943-cü ildə ordu irəli gedəndə 416-cı diviziya ilə birgə hərəkət etdik. Rostov, Krasnodar, Pyatiqorsk şəhərlərini birgə keçdik. Rostova yaxınlaşanda 416 diviziya Toqonroq tərəfə, 223 diviziya isə Smolensk tərəfə getdik.  Ondan  sonra, Belorusiyaya gələndə 135-ci atıcı diviziyasında 3-cü Belarus cəbhəsinə düşdüm. 1944-cü ildə Minsk şəhərini azad etdik. Daha sonra Polşanın faşistlərdən təmizlənməsi uğrunda döyüşlərdə iştirak edərək Krakov və digər şəhərləri faşistlərdən təmizləyib Polşanı azad etdik”.

Müharibə qurtarır və B.Məmmədov Azərbaycana qayıdır (o vaxtlar hərbidən birinci müəllimləri tərxis edirdilər). O,  Bakıya  qayıtdıqdan sonra ali təhsil alır. Bəkir müəllim hazırda normal həyat tərzi keçirdiyini, heç nədən şikayətçi olmadığını deyir: “Müstəqilliyimizin ilk illərində veteranlara xoş münasibət olmasa da, Ulu öndər 9 May bayramını bərpa edərək bizə ikinci həyat verdi. Eyni zamanda, bu müharibədə iştirak edənlər haqqında qiymətli fikirlər söylədi. Müharibəyə 600 mindən çox azərbaycanlı getsə də, onların əksəryyəti müharibədən qayıtmadı. Hazırda isə çoxları vəfat edib, indi təxminən 3000 nəfər yaşayır. Bu gün Prezident İlham Əliyevə minnətdarıq ki, Ulu öndərin siyasətini uğurla davam etdirir. Biz hamımız Prezidentimizə gördüyü işlərdə dayaq olmalıyıq. 65 illik yubiley alman faşistlərinin üzərində qələbənin bayramıdır. Amma istəyirəm ki, tezliklə erməni işğalçılarının üzərində qazandığımız  qələbəni bayram edək.

Müharibədə Azərbaycan neftinin xüsusi rolu olub

“Müharibədə axrıncı döyüşüm Berlin yaxınlığındakı Potstam şəhəridə olub. Demək olar ki, orda döyüş aprelin axırında qurtardı. Müharibədə Azərbaycan neftinin xüsusi rolu olub. Bilirsiniz ki, təyyarlərin  benzinini ancaq Bakı verirdi. Bu ixtiranı isə akademik Yusif Məmmədəliyev etmişdi. Böyük sərkərdə Jukovun kitabında belə bir kəlam var. O deyirdi ki: “Azərbaycan nefti olmasaydı, qələbə şübhə altında idi”. Ümumiyyətlə, Azərbaycan xalqı müharibə illərində həddindən artıq köməklik göstərib.  Katyuşanın mərmiləri keçmiş leytnant Şmidt adına zavodda istehsal olunurdu. Tanklar, təyyarələr burda təmir olunub. Bütün bunlar  sovet ordusu üçün böyük köməklik idi.  Yəni xalqımız arxa cəbhədə misilsiz xidmətlər göstərib”.

Gənclərimiz milli vətənpərvərlik hissi ilə yaşamalıdırlar

“Bizim Dağlıq Qarabağın azad olunması uğrunda ali və orta məktəblərdə vətənpərvərlik haqqında, gənc nəslin yetişməsi ilə əlaqədar söhbətlərimiz olur. Ermənilər alman faşistlərindən də qəddardılar. Mən arzu edirəm bizim gənclər başa düşsünlər ki, torpaq bizimdir. 90-cı illərin əvvəllərində səriştəsiz dövlət başçıları Azərbaycan xalqına zərər vurdular. Lakin ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra xalqımız həm hərbi, həm də yaşayış sahəsində dirçəlişə doğru getdi. Hazırda ölkə başçımız çalışır ki, müharibə olmasın, bu məsələni danışıq yolu həll etsin. Əgər olmasa, biz hər zaman döyüşə hazır olmalıyıq. Çünki torpaq ermənilərin yox, bizimdir. 9 yaşında uşağa güllə atanın əli qurumalıdır. Uşaq nə bilir ki,  müharibə nədir. Uşağlara əl qaldıranlar  ümumiyyətlə, insanlığını itirən kəslərdir.  Mən istəyərdim ki, bizim gənclərimiz  vətənpərvərlik hissi ilə böyüsün, torpaqlarımızın azad olunmasında yaxından iştirak etsinlər.

Hər kəs vətənini sevməlidir. Vətən o zaman vətəndir ki, uğrunda ölən var. Bayraq o zaman bayraqdır ki, üstündə qan ləkəsi var. Bunu hər bir azərbaycanlı dərk etməlidir. Ona görə də hərbi vətənpərvərlik ruhunda tərbiyə yüksək səviyyədə olmalıdır. Gənclərimiz hərbi dərsi, taktikanı yaxşı mənimsəməlidirlər ki, müharibə zamanı onlara asan olsun. Əgər onlar təlim vaxtı hər şeyi yaxşı mənimsəsələr, o zaman döyüş vaxtı onlara asan olar. Hətta qızlarımız da döyüşlərdə iştirak etməlidir”.

“Bu gün mənim üçün ən böyük hədiyyə işğal altında olan torpaqlarımızın qaytarılmasıdır. Əgər Ali Baş Komandan əmr edərsə, biz də cavanlarla birgə öndə getməliyik. Hələlik gözləyirik. Torpağımızı azad etmək bizim müqəddəs borcumuzdur. Qələbə çalıb bayrağımızı işğal olunan torpaqlarda ucaldacağıq”.

Aysel Kərimova

 

 






23 Fevral, 2014  10:33 Baxılıb: 3085 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55