ABŞ NATO-dakı tərəfdaşları ilə Liviyada Müəmmar Qəzzafi rejiminin hərbi müdaxilə ilə devrilməsi imkanlarını müzakirə edir.
Simsar.az xəbər portalının MIGnews.com saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın BMT-dəki səfiri Syuzan Rays bildirib. «Biz problemin həlli üçün bütün mümkün variantları müttəfiqlərimizlə müzakirə edirik», - deyə diplomat qeyd edib.
Qəzzafinin ölkəyə rəhbərlik etmək iqtidarında olmadığını bildirən Rays Liviya liderinin reallıqdan uzaq düşdüyünü söyləyib.