Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mərkəzi Bank uçot dərəcəsini qaldırdı

İdarə Heyəti martın 1-dən uçot dərəcəsinin 3 faizdən 5 faizə qaldırılması barədə qərar qəbul edib

Azərbaycan Mərkəzi Bankı pul kütləsinin artım templərinin tənzimlənməsi məqsədilə bankların daxili və xarici öhdəlikləri üzrə məcburi ehtiyat normasının 0.5 faizdən 2 faizə qaldırılması barədə qərar qəbul edilib. Mərkəzi Bankın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, bu qərar İdarə Heyətinin fevralın 28-də keçirilən iclasında elan edilib. Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Mərkəzi Bank öz fəaliyyətinin bəyan olunmuş istiqamətlərinə uyğun olaraq, qiymət sabitliyinin qorunmasına yönəlmiş məqsədyönlü tədbirləri davam etdirir. Son aylar dünya əmtəə bazarlarında ərzaq məhsullarının qiymətlərinin yüksəlməsi müşahidə olunur, dünya iqtisadiyyatında inflyasiyanın artması meylləri güclənir.


Məlumatda o da qeyd olunur ki, ölkənin valyuta gəlirlərinin əhəmiyyətli çoxalması, tədiyə balansında iri həcmli profisit nəticəsində pul kütləsinin artım mənbələrinin genişlənməsi, habelə qeyri-neft sektorunda iqtisadi artımın davam etməsi əmtəə və xidmət bazarlarında tələbin yüksəlməsini şərtləndirir. Bu şəraitdə inflyasiya amillərinə nəzarətin gücləndirilməsi və onların preventiv rejimdə tənzimlənməsinin aktuallığı artır.


Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Bankın İdarə Heyəti 1 mart 2011-ci il tarixindən etibarən uçot dərəcəsinin 3 faizdən 5 faizə qaldırılması barədə qərar qəbul edib. Bu qərar eyni zamanda maliyyə bazarlarında müvafiq şəraiti təmin etməklə Mərkəzi Bankın izafi pul kütləsini sterilizasiya etmək imkanlarının artırılmasına yönəlib.






28 Fevral, 2011  23:05 Baxılıb: 1703 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner