Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Qəddafinin oğlunun türk sevgilisi danışdı

Ebru Şançı: “Səid məni illiyi 100 min dollar olan kollecdə oxutdu”

Liviya lideri Müəmmər Qəddafinin oğlu Səid əl-İslam Qəddafi ilə 3 il birlikdə yaşayan türkiyəli keçmiş maneken, yeni aktrisa Ebru Şançı aktrisa olmaq istəyinə görə ayrıldığı sevgilisindən danışıb. 


Simsar.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Ebru Şançı deyib ki, 2004-cü ildə Londona gedərək orada yaşamağa başlayıb. Ebru Şançı Səid əl-İslam ilə 2008-ci ildə Londonun məşhur Movida gecə klubunda tanış olub: “Daha doğrusu, gecə məni görüb. Ortaq dostlarımız aradı və ertəsi gün bizi tanış etdilər. Zarafatcıl, kübar və intellektual bir şəxsdir. Müəmmər Qəddafinin oğlu olduğunu bilmirdim, 3 ay boyunca bunu mənə söyləmədi. Məni Liviyaya dəvət etdi. Prezident Sarayında atası Müəmmər Qəddafi də süfrəyə əyləşən zaman gerçəyi öyrəndim”. 


Müəmmər Qəddafinin onu çox bəyəndiyini və müsəlman olduğundan sevindiyini dilə gətirən Ebru Şançı qeyd edib ki, Səid özü də türkləri çox sevir: “Səid Liviyada tikinti sahəsinə baxır. Bir çox türk dostu var. Əgər Liviyada hakimiyyəti ona tapşırarlarsa, hər şey qaydasına düşər, Liviya 5 ildə inkişaf edər. O, atası kimi sərt deyil. Səid kübar, ağıllı və insanpərvər birisidir. Mən Müəmmər Qəddafinin xalqına qarşı etdiklərini doğru saymırdım, o da bu əməlləri təqdir etmirdi”.


Məhz Səid əl-İslamın onu oxutduğunu xatırladan Ebru Şançının sözlərinə görə, sevgilisi ona həmişə qayğı ilə yanaşıb: “Səid həm də comərd idi. Məni Londonun ən bahalı, ili 100 min dollar olan Regent Kollecində 2 il oxutdu. Nyu-York Universitetində də onun sayəsində təhsil aldım. Xüsusi müəllimlər tutdu və ingilis, fransız və ərəb dilini öyrəndim. O, mənim manekenlik etməyimi istəmirdi”.


Ebru Şançı onu da qeyd edib ki, əyləncəyə və qadınlara düşkün olan Səid əl-İslam onu həmişə fərqləndirib: “Təbii olaraq, qadınlar üstünə atılırdılar. Ətrafında bəlkə 100 qadın vardı. Bir hərəmxanadan danışsaq, onun hərəmxanasının sultanı mən idim. Həmişə bunu mənə hiss etdirib, Bodrumda villa kirayələyib. Ancaq biz onun ətrafındakı mühafizəçilər səbəbindən çox özəl məsələlər barədə danışa bilmirdik. Fotoaparat və video cihazları aparmağa icazə vermirdilər. Yeganə şəklimiz var, o da Yunanıstanda istirahətdə olarkən çəkilib”.


Ebru Şançı ayrılığının da səbəbinə aydınlıq gətirib: “Hər şey yaxşı idi, amma birlikdə çox vaxt keçirə bilmirdik. Həm də mən aktrisa olmaq istəyirdim və buna görə də Nyu-York Universitetində təhsil aldım. Ancaq Səid buna qarşı çıxırdı. Hər şeyi buraxıb, onunla Liviyaya getməyimi istəyirdi. Mən isə Liviyaya getmək istəmirdim və ayrıldıq. Bu, mənim üçün şirin bir xatirə kimi qaldı”.






28 Fevral, 2011  22:26 Baxılıb: 2316 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner