Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

DEMOKRATLARIN AVTORİTAR TƏŞKİLATI

Arif Hacılı: «İctimai Palata avtoritar qaydalarla idarə olunur»

Pənah Hüseyn: «...Bəy, başqa sualınız yoxdu?..»

İctimai Palatanın sonuncu iclasında Koordinasiya Şurasının tərkibinin genişləndirilməsilə bağlı namizədlərin seçim proseduru ciddi etirazla qarşılanıb. Etirazlara baxmayaraq, Rauf Arifoğlu, Qənimət Zahid, Şahvələd Çobanoğlu, Ədalət Yusifli, Köçəri Nağıbəyli, Zəfər Quliyev və Mehriban Vəzir Koordinasiya Şurasına üzv seçilib. Bununla da Koordinasiya Şurasının üzvlərinin sayı 16 nəfər olub. 

Mübahisə zamanı sabiq baş nazir Pənah Hüseyn Ə.Kərimlinin təklifini müdafiə edib: “Rauf Arifoğlu və Qənimət Zahidin namizədliyini mən irəli sürmüşəm”. A.Hacılı onun dediklərini demaqogiya adlandırıb.


A.Hacılı Simsar.az-a açıqlamasında İctimai Palatada seçim prosesinin qeyri-demokratik keçirildiyini bildirib: «Biz namizədlər haqda yalnız səsvermə zamanı məlumat ala bilirik. Koordinasiya Şurasına tez-tələsik kimlərinsə seçilməsi normal deyil və mən hesab edirəm ki, bu, avtoritarizm əlamətləridir».


A.Hacılı qeyd edib ki, Koordinasiya Şurasının üzvü olanlar hətta İctimai Palatanın iclasında iştirak etməyib: «İclasda iştirak etməyən şəxsi seçicilər tanımırlar. Səssayma komissiyası belə yaradılmadı».

İctimai Palatanın üzvü Xaliq Bahadır məsələyə “Koordinasiya Şurasına elə adamlar üzv qəbul edilib ki, 18 ildə 100 yerə işləyiblər” - deyə münasibət bildirib.

Palatanın digər üzvü Mustafa Hacıbəyli Koordinasiya Şurasının tərkibinin genişləndirilməsinə etiraz edib. O, bununla bağlı Koordinasiya Şurasına iradının olduğunu deyib: “O adamlar Koordinasiya Şurasına seçiləndə hansı prinsiplər əsas götürülüb? Pənah Hüseyn hansı qəzetin baş redaktoru ilə dostdursa, gətirib üzv edib. Hansısa baş redaktor ayda bir dəfə hansısa nazirlə görüşürsə, bu onun öz hüququdur. Ancaq belə bir adam mənim rəhbərim, yəni Koordinasiya Şurasının üzvü ola bilməz”.


İctimai Palatanın üzvü Pənah Hüseyn Simsar.az-a bildirib ki, Palataya üzv olmaq, rəhbərlikdə təmsil olunmaq hər kəsin hüququdur: «Bizim məqsədimiz odur ki, İctimai Palata daha da genişləndirilsin».

İclasda səsləndirilən ittihamlara gəlincə P.Hüseyn «bu mənim üçün bitmiş məsələdir» deyə, qeyd edib.
P.Hüseyn namizədliyini irəli sürdü şəxslərlə bağlı irəli sürülən ittihamları cavablandırmaq istəmədi. Bu istiqamətdəki israrlı suallarımıza P.Hüseyn «bəy, başqa sualınız yoxdu» sualı ilə cavab verdi.

RAMİL






28 Fevral, 2011  21:58 Baxılıb: 1564 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner