Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Misir Mərdanov təhsildəki uğur və nöqsanlardan danışdı

Uğur dərs vəsaitləri, nöqsan isə problemlərin öyrənilməməsi ilə bağlıdır

Fevralın 28-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib. İclasda “Orta ixtisas təhsili müəssisələrində monitorinqin nəticələri” mövzusunda təqdimat-məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov qeyd edib ki, təhsilin bu pilləsi iqtisadiyyatın müxtəlif sahələrinin ixtisaslı kadrlarla təmin olunmasında mühüm rol oynayır. 
Orta ixtisas təhsilinin cəmiyyətdə yeri və rolundan bəhs edən Misir Mərdanov son illər müvafiq sahə üzrə görülən işləri də nəzərə çatdırıb. Nazir təhsilin bu pilləsi üzrə aparılan dəyişiklərin, qəbul olunan normativ hüquqi sənədlərin əhəmiyyətini vurğulayıb və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən  müvafiq sənədlərin hazırlandığını deyib.
Sonra Misir Mərdanov bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı”nda nəzərdə tutulan məsələlərin uğurla həyata keçirilməsi məqsədilə orta ixtisas təhsili müəssisələrində mövcud vəziyyətin öyrənilməsi, statistik məlumatların təhlili və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi üçün ötən ilin sonlarında monitorinq keçirilib. Dövlət orta ixtisas təhsili müəssisələrinin ixtisas profilləri üzrə təsnifatı haqqında danışan nazir  son illər bir sıra kolleclərin müvafiq nazirlik, şirkət və konsernlər, işəgötürənlərlə sıx əlaqələr yaradaraq, onların köməyi ilə maddi-texniki bazanın möhkəmləndirilməsində, dərs və dərs vəsaitlərinin hazırlanmasında müsbət nəticələr əldə etdiyini vurğulayıb.

Daha sonra son 5 ildə orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin, ştatda olan müəllimlərin sayı, müəllim-tələbə nisbəti, bu müəssisələrə tələbə qəbulu barədə ətraflı məlumat verən nazir 2005-2010-cu illərdə kolleclərdə təhsil almaq üçün ərizə verənlərin sayının artdığını bildirib və əlavə edib ki, 2005-ci ildə 1 yerə ərizə verənlərin sayı 2,1, 2010-cu ildə isə 3,1 nəfər olub.
Kollegiya iclasında Misir Mərdanov hər bir orta ixtisas təhsili müəssisəsi üzrə məzunların işlə təmin olunması və onların təhsillərini davam etdirməsinə dair rəqəmləri nəzərə çatdırıb, həmçinin kolleclərin fəaliyyətində aşkar edilmiş müəyyən nöqsanları da qeyd edib.
Monitorinqin ümumi nəticələri ilə iclas iştirakçılarını tanış edən təhsil naziri Misir Mərdanov orta ixtisas təhsili müəssisələrinin istilik sistemi ilə təchizatı, onların informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, təmirə ehtiyacı olan kolleclərin müəyyənləşdirilməsi, bu sahə üzrə dərs vəsaitlərinin hazırlanması və digər mühüm məsələlərlə əlaqədar müvafiq şəxslərə  tapşırıqlar verib.
Sonda müzakirə olunan mövzu ilə bağlı rəy və təkliflər dinlənilib.






28 Fevral, 2011  20:50 Baxılıb: 1473 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner