Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dövlət Neft Şirkətinə yeni vitse-prezident təyin edildi

Rövnəq Abdullayev: “Keçmiş vitse-prezident Qorxmaz Hüseynovun “Azərsu” ASC-yə sədr təyin edilməsi şirkətin kadrlarına bəslənilən yüksək etimadın təzahürüdür”.

Bu gün ARDNŞ rəhbərliyinin toplantısı keçirilib. Simsar.az xəbər portalının Dövlət Neft Şirkətinin internet saytına istinadən verdiyi məlumata görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev son illər Şirkətin əldə etdiyi uğurlardan, qazandığı nailiyyətlərdən, həyata keçirdiyi sosial-iqtisadi, ekoloji layihələrdən danışıb, beynəlxalq və ölkədaxili arenada genişlənməkdə olan fəaliyyət istiqamətlərindən söz açıb. O, şirkətdə menecment işinin yüksək səviyyədə qurulduğunu və kadr potensialının get-gedə möhkəmləndiyini vurğulayıb. 

Rövnəq Abdullayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il Sərəncamı ilə ARDNŞ-nin sosial məsələlər üzrə vitse-prezidenti Qorxmaz Cavanşir oğlu Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Bunu şirkətin kadrlarına bəslənilən yüksək etimadın təzahürü kimi qiymətləndirən R. Abdullayev ARDNŞ rəhbərliyi adından Qorxmaz Hüseynovu təbrik edib və ona tutduğu məsul vəzifənin icrasında müvəffəqiyyətlər arzulayıb. Sonra Rövnəq Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən Bədəl Şamil oğlu Bədəlovun ARDNŞ-nin sosial məsələlər üzrə vitse-prezidenti təyin edildiyini bildirib. Bədəl Bədəlovun bundan əvvəl ARDNŞ Sosial İnkişaf İdarəsinin rəisi vəzifəsində çalışdığını qeyd edən şirkət prezidenti onu yüksək işgüzar keyfiyyətlərə malik rəhbər işçi kimi səciyyələndirib, layiq görüldüyü yüksək etimada görə onu təbrik edib və ona yeni işində uğurlar arzulayıb. Rövnəq Abdullayev sosial proqramların ARDNŞ də daim diqqət mərkəzində olduğunu qeyd edib və bu istiqamətdə həyata keçirilən layihələrdən ətraflı söz açıb. O, sosial sahədə qarşıda duran vəzifələrlə bağlı şirkətin yeni vitse-prezidenti Bədəl Bədəlova konkret tapşırıqlarını verib. R.Abdullayev Azərbaycan Respublikası Prezidentinin digər bir Sərəncamı ilə şirkətin ekologiya üzrə vitse-prezidenti Soltan Əliyevin başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edildiyini bildirib.






28 Fevral, 2011  19:37 Baxılıb: 1818 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner