Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Elmar Hüseynovun öldürülməsindən 6 il keçdi

Martın 2-də jurnalistlər mərhum baş redaktorun məzarını ziyarət edəcək

Martın 2-də jurnalist Elmar Hüseynovun qətlə yetirilməsinin 6 ili tamam olur. Mərhum jurnalistin atası Sabir Hüseynov “Media forum” saytına bildirib ki, hər həftə cümə axşamı günü qəbiristanlığa gedir, oğlunun məzarı üzərinə güllər qoyur və “Quran” oxutdurur. Artıq ixtiyar yaşda olduğunu deyən Sabir Hüseynov qeyd edib ki, başqa günlər az-az evdən çıxır: “Elmar üçün çəkdiyim əziyyətdən yorulmuram, bəlkə də məni hələ yaşadan budur”.

Sabir Hüseynov martın 2-də saat 12-də jurnalistlərin, siyasətçilərin, ictimaiyyət nümayəndələrinin, eləcə də beynəlxalq təşkilatlardan olan nümayəndələrin Elmarın məzarını ziyarət edəcəyini bildirib: “Onsuz da hər il onu ziyarət edirlər, sağ olsunlar! Hamımız gedəcəyik onun məzarını ziyarət etməyə. Hər kəs öz sözünü deyəcək”.

Nəvəsi haqqında məlumatlar aldığını deyən Sabir Hüseynov Aslanın artıq ikinci sinifdə oxuduğunu bildirib: “Bilirəm ki, vəziyyətləri yaxşıdır”.

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 37 yaşında Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İstintaq işini Milli Təhlükəsizlik Nazirliyi araşdırır.








28 Fevral, 2011  19:31 Baxılıb: 2267 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner