Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

QİYMƏTLƏR QALXDI

Quşlarının kütləvi tələf olması ölkədə yumurtanın bahalaşmasına səbəb oldu

Nəticədə yumurtanın qiyməti təqribən 2 dəfə bahalaşaraq 20-25 qəpiyə yüksəlib.

Bahalaşmanın səbəbləri ilə bağlı «APA-ECONOMICS»in suallarını cavablandıran Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov bildirib ki, yerli bazarda yumurtanın qiymətinin artmasının səbəbi istehsalın aşağı düşməsi və mövsümi amillərlə bağlıdır: “Qış aylarında yumurtanın bahalaşması təbii haldır. Ötən ilin yanvarında da qiymətlər 30 qəpik idi”.

Onun sözlərinə görə, bahalaşmanın digər səbəbi ev quşlarının xəstəlikdən tələf olmasıdır: «Bəzi xəstəliklər nəticəsində ölkədə quşların sayı azalıb. Mövsümi səbəblərə gəlincə, ümumiyyətlə, qışda quşlar az yumurta qoyurlar. Bütün bu səbəblərdən 2010-cu ildə yumurta istehsalı 2009-cu ilə nisbətən 31 mln. ədəd və ya 2,5% azalıb. Bu, yumurta istehsalının 2,5% azalması deməkdir”.

Ç.Fərəcov hesab edir ki, artıq aprel ayında qiymətlərin aşağı düşməsi müşahidə olunacaq: «Mayda yumurtanın qiyməti yenə 10-12 qəpikdən artıq olmayacaq».

Ev quşlarının qırılmasının yumurtanın qiymətinə təsirini Azərbaycan Quşçular Cəmiyyətinin (AQC) sədri Aydın Vəliyev də təsdiqləyib: «Quşların qırılmasının səbəbi xəstəliklər və soyuqlar olub. Bu hadisə bütün bölgələrdə var. Bu, hər il baş versə də, bu il onun təsiri daha böyük olub».

A.Vəliyevin sözlərinə görə, yumurtanın qiymətinə xaricdən gətirilən qarışıq quş yeminin bahalaşması da təsir edib: “Son ilyarımda yemin qiyməti 2 dəfədən çox artıb. Qarışıq yemin qiyməti 1,5-2 il əvvəl 240 manata olduğu halda, indi onun qiyməti 530 manata çatıb”.

Bundan başqa, bölgələrdəki fərdi təsərrüfatlarda quş yemi kimi istifadə olunan arpa və buğdanın kəskin bahalaşması da yumurtanın qiymətinə təsir edib. APA-nın Qarabağ bürosunun məlumatına görə, bu bölgədə arpanın kiloqramı 50 qəpiyə, buğda isə 40 qəpiyə satılır ki, bu da biçin mövsümünün sonundan indiyədək qiymətlərin 3 dəfə artdığını göstərir. Xəstəlikdən narahat olan fermerlərin quşlar üçün dava-dərman alması da onların xərclərinin və beləliklə, yumurtanın qiymətinin artmasına səbəb olub. Nəticədə hazırda yumurtanın 1 ədədi quşçuluq təsərrüfatlarına 12-14 qəpiyə başa gəlir. Halbuki ötən il bu rəqəm 7-10 qəpik olub.

A.Vəliyev qeyd edib ki, bəzi şirkətlər, xüsusilə də yumurta ticarətində vasitəçi kimi çıxış edənlər yaranmış vəziyyətdən sui-istifadə edərək Novruz bayramı ərəfəsində qiymətləri daha da artırırlar: «Bu vasitəçi-işbazlar yumurtanın bir hissəsini bazara buraxmır və bayramqabağı baha qiymətə satmaq üçün saxlayırlar. Belələri istehsalçıların özündən 1,5-2 dəfə çox pul qazanırlar. Bunlar əsasən topdansatış məntəqələridir».

AQC sədrinin fikrincə, qiymətlərin aşağı düşməsi üçün quşçuluq müəssisələrində istifadə olunan qarışıq yemin idxalı ƏDV-dən azad olunmalıdır. Qeyd edək ki, bu sahəyə dəstək məqsədilə damazlıq cücələr, eləcə də müəssisələrdə istifadə olunan avadanlıqlar ƏDV-dən artıq azad edilib. Amma A.Vəliyev bildirir ki, qiymətlərin düşməsi üçün bunlar kifayət deyil: «Avadanlıqlar bir neçə ildə bir dəfə alınır, yem isə həmişə lazımdır. Əlavə addımlar atılmasa, yumurtanın qiyməti iyun ayında enməyə başlayacaq. Həmin vaxt bazara yeni yumurtlayan toyuqlar daxil olacaq, qiymətlər də enməyə başlayacaq».

Xatırladaq ki, ötən ilin noyabr-dekabr aylarında Azərbaycanın regionlarında ev quşlarının kütləvi tələfatı halları qeydə alınıb.






28 Fevral, 2011  19:12 Baxılıb: 1850 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner