Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Paşa Qəlbinur: O

İnsan yaranandan ta bu günə kimi həmişə Onu görmək istəyib. Görmək, görüşmək, salam vermək, əllə toxunmaq, kəlmə kəsmək, sevgisini, çətinə düşəndə, darda qalanda istədiklərini, dilədiklərini üzbəüz demək istəyib.

İnsan hər yerdə Onu axtarıb, izlərinə rast gəlib, hənirini duyub, dualarla salamlayıb, sevinib, arxalanıb.

İnsan güzgüdə özünə baxıb, üzündə Allah kəlməsi oxuyub, sevinib, vəcdə gəlib, güvənib. Sonra bu kəlməni hansısa kəpənəyin qanadında, balığın belində, böyük təbii fəlakətlərdə, göyüzündə – buludlarda oxuyub, şəklini çəkib...

Bütün elm sahələrində, hər yerdə Onun nəfəsi, hökmü, dəsti-xətti  var.

Bizləri riqqətə gətirəcək, təkzib olunmaz möcüzələrindən biri:

Hər ilin müəyyən fəslində, məlum vaxtlarda dağ təkələri cütləşirlər. İyirmi-otuz ildən bir onların bala verəcəkləri fəsil çox soyuq keçəcəksə, o soyuqlara uyğun bir zaman kəsiyində öz “nigahlarını” gecikdirirlər!...

Van Qoq günəbaxanlarda Günəşi görüb, Yaradanı görüb, Van Qoqun  günəbaxanları elə Onun şəklidir, Onun gözümüzə görünən  bir zərrəsidir. “Van Qoq effekti”nin mənası Odur.

İndidən yaşı bilinməyən uzaqlıqdakı babam “Sarı gəlin”lə nəğmə dilində, şer dilində, sevda dilində, dua dilində danışanda öz böyük  kəşfiylə Van Qoqdan  çox-çox əvvəl “Van Qoq effekti”ni  pıçıldamışdı”.

Həyatın, günəşin, sarı rəngin ilahi təlqini “Van Qoq effekti”nin söz- nəğmə şəklidir, “Sarı gəlin” Onu görməyin, səcdəsində qalmağın, heyrətin səs abidəsidir – Sarı gəlin.

 

Bu dərənin uzunu,

Çoban qaytar quzunu, –

 

misralarının mənasını anlamayanlara səslənirəm. Bu yerdə gözümüzün  qarşısına sapsarı, samanı sarı quzular, quzu sürüsü gəlir.

Sarı rəng, əslində, “Van Qoq effekti” dinləyiciyə fərqli palitrayla təlqin olunur:  günəş, həyat, eşq!..

Bir qoca rus qadını faşizm taunu Moskvanın astanasında olanda, ümidsizliyə qapılmış Stalinə şəhərdəki “Kazan Məryəm Ana” (Bojey Materi) kilsəsindəki ikonanı təyyarədə Moskvanın sərhədlərindən dolandırmağı məsləhət görmüşdü. Tövsiyə icra olundu!

Bu hadisədən az sonra ağsaqqalların məsləhəti ilə Teymurləngin nəşi SSRİ-nin sərhədlərindən dolandırıldı. Deyilənə görə, ikinci dünya müharibəsinin uğurlu dönüş anı həmin günlərdən başlandı...

O ikonanın önündəyəm! İkonanın, Van Qoqun  “Günəbaxanlar”ının və “Sarı gəlin”in xəmiri bir yerdən yoğrulub, günəş təndirində bişib –Onun nəfəsiylə...

Onun nəfəsiylə gözümüzün dibində  bir qələm nöqtəsi boyda Günəş – “Sarı ləkə” dünyanı görməyimizə məsul olub.

Mən işıq cərrahıyam. İşığın nə olduğunu işıqsızlar qədər bilirəm. Allahın ətəyi işıqdır! İşıqdan tutmaq, elə Allahın ətəyindən tutmaq  deməkdir. Mən darda qalanda, çətinə düşəndə Onun ətəyindən tuturam...

ONU GÖRÜRƏM

 

Haqqım tapdananda,

Haqq danılanda,

Uzaq, uzaq uzaqlardan

Yaxınlaşır bir Aləm!

Gözlərim böyüyür göyüzü qədər

Onu görürəm!...

 

 

Dərd və kədər

Məni mismar kimi

Yerə çalanda --

Mənə yaxın olur

Ürəyim qədər!...

Onu görürəm!...

 

 

 

İşıq ətəyiylə gözlərimi siləndə,

Qaranlıqlar yarılır!..

Nur

Qanıma yayılır...

Onu görürəm!...

O hər yerdə var olandır!

Hitler “ali rada”nı təmizləmək üçün ruhi xəstələrin 85%-ni fiziki cəhətdən məhv etdirmişdi. “Mənim xalqımda ruhi xəstə olmayacaq”, – demişdi. Amma 1990-cı illərin əvvələrində təmiz alman millətinin şizofreniya xəstələrinin sayı arta-arta o zamankı sayı bir az da keçdi...

Bu nə deməkdir??!

Onun işinə qarışmaq olmaz! Onun əmrindən çıxmaq olmaz!

Əslində zamanın gedişi sabaha yox, bu gündən dünənədir. Onun əmriylə atalar oğullardan ədalətli və böyükdürlər. Atalar zaman sıralanmasında da sabahdadırlar, oğullar dünəndə. Əslində keçmiş gələcəkdir!

Bizə zaman etibarilə yaxın olanlardan bir neçə örnək: Qara Qarayev, Tofik Quliyev, Fikrət Əmirov, Arif Məlikov, Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza, İlyas Əfəndiyev, min il əvvəl Nizami Gəncəvi. Bu böyüklərimizin heç birinin çox-çox layiqli övladları atalarını keçə bilmədi. Zamanın inkişafı əgər yüksələn xəttdirsə, onun istiqaməti oğullardan atalara, atalardan babalaradır. Bu gündən dünənədir. Necə ki, bu günün rəssamı Leonardodan, Rafaeldən, bəstəkarı Hendeldən, Bethovendən, filosofu Sokratdan, şairi Nizamidən böyük deyil.

Mənə etiraz edə bilərlər, elmi misal gətirib. Elmin inkişafı sivilizasiyalar daxilindədir. Hər bizdən əvvəlki sivilizasiya bizdən daha inkişaf etmiş olub. Bizdən əvvəlki yüksək inkişaf etmiş sivilizasiyalardakı həkimlər bizlərdən daha mükəmməl əməliyyatlar ediblər. (O dövrlərə aid tapılan bəzi cərrahi alətlər, əməliyyatlara məruz qalmış insan əzalarının hissələri, kəllə sümükləri, rəsm əsərlərində əməliyyatların təsvirləri və s.) Misir ehramları və başqa elm sahələrindəki təkzibedilməz sübutlar...

Onun əmriylə eyni zamanda qalaktikada müxtəlif sivilizasiyalar  mövcuddur. Daha çox inkişaf etmiş belə sivilizasiyalardakı canlı varlıqların – yad planetlilərin xarici görünüşlərinin təsvirlərində həqiqətə uyğun olmayan çox böyük yanlışlıqlar var.

Şahid ifadələri və qəzaya uğrayan hava gəmilərindəki cəsədlərin  foto-video görüntüləri. Hər iki mənbədən həqiqət təhrif olunub.

Şahidlərin onları görən andakı psixoloji durumları (bu vəziyyət yad planetlilər tərəfindən məqsədyönlü yaradılır) elə olur ki, duyğu üzvlərimiz bizə təqdim olunan irreallığı təsvir edir.

Foto-video görüntülərindəki cəsədlər çox böyük radiasiyaya məruz  qaldıqlarına görə həyatdakı görünüşlərindən çox fərqlənirlər. (Xirosima, Naqasaki, Çernobıl faciələrində, atom sualtı qayıqlarındakı qəzalarda,  şüa terapiyasının ilk dövrlərində elmi yanlışlıqlar səbəbindən həddindən  artıq radiasiyaya məruz qalmış insanlarda və s.).

Yad planetlilərin böyük dozada şüalanmaya məruz qalan astronavtları ilə bizim planetdə yaşayıb eyni aqibəti yaşayan insanlar (cəsədləri) son nəticədə görünüşcə bir-birinə bənzəyirlər.

Həqiqət bizim biliklərimizin məcmuudursa, onu tapmaq mümkün deyil. Bəlkə Vicdan axtaraq, İnsaf axtaraq, İşıq axtaraq. Onlar ki, lap yaxındadırlar. Onları tapmaq asandır.

Onun ətəyindən tutaq, Onun ətəyi işıqdır! İşıqdan tutaq, xilas olaq!






14 Fevral, 2014  10:47 Baxılıb: 3283 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

28 İyun, 2022  10:23

21 İyun, 2022  11:52



7 İyun, 2022  10:00






23 May, 2022  14:04


20 May, 2022  10:17


16 May, 2022  14:23



2 May, 2022  11:38









14 Mart, 2022  13:47



11 Mart, 2022  17:32

11 Mart, 2022  14:09

11 Mart, 2022  10:45










1 Mart, 2022  11:28








sagbanner