Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

TRT rəzalətinə cavab

""Pusula" proqramı niyə başqa bir gün deyil, 26 fevral  tarixdə yayımlanıb"

Türkiyə-Azərbaycan Dərnəyi (TAD) Xocalı soyqırımının 19-cu ildönümünün qeyd olunduğu 26 fevral tarixində TRT kanalı vasitəsilə erməniləri təbliğ edən, Türkiyə-Ermənistan əlaqələrinə həsr olunmuş “Pusula” proqramının yayımlanması ilə bağlı etiraz məktubu yayıb.

Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
TAD sədri Sinan Oğanın yazdığı etiraz məktubunda bunlar qeyd olunub: “1992-ci il fevralın 26-da ermənilər Xocalıda soyqırımı törədiblər. Həmin tarixin 19-cu ildönümünün qeyd olunduğu bir gündə erməniləri təbliğ edən, türk-erməni əlaqələrindən bəhs edən “Pusula” adlı proqramın yayımlanması nəyə xidmət edir? Məqsəd nədir? Bu bir səhvdir, yoxsa qəsdən olunub? Bu proqram niyə başqa bir gün deyil, bu tarixdə yayımlanıb? Bunları bilmək istəyirik”.


TRT rəhbərliyini qınadıqlarının və onlardan açıqlama gözlədiklərini vurğulayan TAD rəhbəri TRT-ni bu məsuliyyətsiz mövqeyindən əl çəkməyə çağırıb.






28 Fevral, 2011  17:30 Baxılıb: 1310 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner