Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dərsliklərdə çoxlu səhflər

Məleykə Abbaszadə:"Səhvlərin çoxu biologiya, botanika, zoologiya və insan anatomiyası dərsliklərinə aiddir"

Bəzi dərsliklərdəki səhvlər onların imtahan nəticələrinə mənfi təsir göstərə bilər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) hazırda ümumtəhsil məktəblərində istifadə olunan dərsliklərdə çoxlu sayda səhvlər tapıb.

Simsar.az-ın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, vəsaitlərdəki səhvlərin çoxu biologiya, botanika, zoologiya və insan anatomiyası dərsliklərinə aiddir. Komissiya sədri abituriyentlərə məsləhət görür ki, indiyədək bu dərsliklər üzrə topladıqları bilikləri TQDK-nın yeni hazırladığı vəsaitlər əsasında təkmilləşdirsinlər: “Çünki bu dərsliklərdə, ən çox da biologiya dərsliyində kifayət qədər səhv var. Bizim hazırladığımız nəşrlərdə isə bu səhvlər nəzərə alınıb və qəbul imtahanlarına düşəcək suallar məhz bizim vəsaitlərdə olan materiallar əsasında olacaq”.

Məleykə Abbaszadə deyib ki, ümumiyyətlə, son illər dərsliklərdə belə səhvlərin sayı xeyli çoxdur. Bu səbəbdən də TQDK dərsliklərdəki səhvlərlə bağlı “Abituriyent” jurnalında əlavə materiallar dərc etmək məcburiyyətində qalır. Onun sözlərinə görə, bu il də dərsliklərdəki səhvlər jurnalın birinci sayında göstərilib: “Jurnalın 57-ci səhifəsindən 66-cı səhifəsinədək məlumatlar təkcə dərsliklərdəki səhvlər haqqındadır. Çox təəssüf ki, belə səhvlər neçə illərdir təkrarlanır. Məsələn, Biologiya dərsliyində səhvlərə necə illərdir rast gəlinir”.






28 Fevral, 2011  17:30 Baxılıb: 1747 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner