Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ABEL MƏHƏRRƏMOV DALA ÇƏKİLDİ

Rektor depuatata deyib ki, hüquq fakültəsinin dekanı işdən özü çıxıb, dekansa intihar həddindədi  

Bakı Dövlət Universitetində (BDU) korrupsiyaya qarşı mübarizə çərçivəsində cəzalandırılan müəllimlər mətbuata açıqlamalarında rəhbərliyin qərarını tənqid ediblər.  

BDU-nun qocaman professoru, hüquq elmləri doktoru, hüquq fakültəsinin dekanı olmuş Firudin Səməndərov cəzalandırılmasına daha sərt reaksiya verib.

«Axı kimə nə etmişəm ki? Ömrüm boyu müqəddəs pedaqoq olmuşam. Üzr istəyirəm, mən pul yığan olsaydım, belə dilənçi vəziyyətində yaşamazdım. Nə isə... Mənəvi cəhətdən çox ağrılı bir şeydir. Mənə yaraşmaz ki, qalxam unuversitetin üstündən özümü atam öldürəm. Çox xətrimə dəyildi. Universitetin rəhbərliyi də xətrimə dəydi. Axı məni tanıyırlar...» - deyə F.Səməndərov bildirib.

Məlumatlara görə, F.Səməndərovun açıqlamasından sonra BDU rəhbərliyi narazılıqların mətbuata çıxmasının qarşısının alınması üçün müəyyən addımlar atıb.

F.Səməndərovun elmi işçisi olmuş millət vəkili Çingiz Qənizadə
«Yeni Müsavat»a bildirib ki, F.Səməndərov cinayət hüququnun atası sayılacaq şəxslərdəndir.

Ç.Qənizadə qeyd edib ki, müəllimi ilə bağlı xəbərləri oxuyandan sonra rektor və həmkarı Abel Məhərrəmovla əlaqə saxlayıb: “Abel müəllim bildirdi ki, işdən çıxarılan adamlar arasında Firudin Səməndərovun adının hallandırılması mətbuatın məsələni düzgün işıqlandırmamasından irəli gəlib. Rektor qeyd etdi ki, korrupsiya və rüşvətə qarşı mübarizəni Firudin müəllimə qətiyyən şamil etmək olmaz. Firudin müəllim 4 ilə yaxın idi ki, hüquq fakültəsinin dekanı vəzifəsini icra edirdi. Bu müddətdə o, rəsmi ərizə ilə 4 dəfə rektora müraciət edib ki, onu tutduğu vəzifədən azad etsinlər. Universitet rəhbərliyi ilə söhbətlərim zamanı deyildi ki, yaxın bir-iki gündə bu məsələyə dair rəsmi mövqe açıqlanacaq».

Ramin






28 Fevral, 2011  16:57 Baxılıb: 1859 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner