Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ali məktəblərə qəbul imtahanlarının keçirildiyi regionların sayı artırılacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul imtahanlarının keçirildiyi regionların sayını artırmağı nəzərdə tutur.

TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bu il bütün ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanları Bakı, Naxçıvan, Gəncə və Sumqayıtda keçiriləcək. Lənkəranda isə bu il yalnız bir ixtisas qrupu üzrə qəbul imtahanın keçirilməsi nəzərdə tutulur: “Gələn il burada da imtahanlar bütün qruplar üzrə keçiriləcək. Bundan əlavə, daha bir regionda imtahanın keçirilməsi planlaşdırılır. Ola bilsin ki, Şəkidə birinci ixtisas qrupu üzrə imtahan keçirilsin. Amma hələ dəqiq deyə bilmərəm ki, burada imtahan hansı qrup üzrə olacaq”.

M. Abbaszadənin sözlərinə görə, bakalavrlar üçün ixtisas seçiminə dair jurnallar da dərc ediləcək. Bakalavrlara ixtisas seçimində köpmək edəcək bu jurnallar bütün ixtisas qrupları üzrə hazırlanacaq. Jurnalın ilk sayı gələn həftə çap ediləcək.

M. Abbaszadə onu da deyib ki, martın sonunda rezidenturaya qəbul qaydaları və proqramlarının açıqlanması nəzərdə tutulur. Komissiya sədrinin sözlərinə görə, magistratura ilə əlaqədar ixtisas seçimində yeniliklərin olması planlaşdırılır. İxtisasların siyahısına yeni ixtisasların əlavə edilməsi nəzərdə tutulur.






28 Fevral, 2011  16:13 Baxılıb: 1563 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner