Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İsrail İran hayında, İransa uran...

Tehran hakimiyyəti nəyin bahasına olursa, olsun atom-nüvə proqramını həyata keçirməyə çalışır.

Onu bu çabası proqramla bağlı şübhələrin də yaranmasına səbəb olur. Əgər atom layihəsi doğrudan da dinc məqsədlidirsə, o zaman beynəlxalq ictimaiyyətin belə güclü basqılarına məruz qalmağa ehtiyac varmı? Deməli, proqramın şəffaflığı təmin olunmayıb. Problem də buradadır.

Simsar.az-ın «MIGnews»-a istinadən məlumatına əsasən, iranlı mühəndislər Afrikada uran yataqlarının axtarışına çıxıblar. Onların hədəflərindən biri də Zimbabvedəki mədənlərdir.

Məlumata görə, atom bombası hazırlamaq üçün İrana uran əldə etmək vacibdir. «Associated Press» jurnalistinin əldə etdiyi xüsusi xidmət orqanlarının məruzəsində bildirilib ki, böyük ehtimalla nüvə silahı əldə etmək üçün ölkənin uran ehtiyatı yetərsizdir.

Həmin sənədə görə, İranın xarici işlər naziri Ələkbər Salehi ötən ay gizli şəkildə «İslam Respublikasının Zimbabvedən uran almağa dair danışıqları bərpa etmək» məqsədi ilə Zimbabve hakimiyyətinin təmsilçisi ilə görüşüb.

«İranlı mühəndislər Afrikada uran yatağını, keyfiyyət və kəmiyyətini müəyyənləşdirdikdən sonra bu danışıqlar başlayıb» - deyə, kəşfiyyat materialında bildirilib.

Mənbənin iddia etdiyinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) üzvü də müstəqil şəkildə təsdiqləyib. Onun məlumatına əsasən, Kooperasiya məsələləri üzrə məsul Abbas Cövhəri Zimbabvenin paytaxtı Xararedə ölkə rəsmiləri ilə keçirdiyi görüşdə «kənd təsərrüfatı» ilə yanaşı «dağ-mədən sənayesi»nə dair məsələni də müzakirə edib.

Mənbə təsdiqləyib ki, İranın uran əldə etməməsi üçün beynəlxalq təzyiqlər güclənir. Xarici işlər naziri Salehinin səfəri də buna xidmət edib. İslam Respublikasının bu istiqamətdə fəaliyyət göstərən «casusları» uran axtarışı ilə bağlı Afrika, Asiya və Cənubi Amerikanın 10 artıq ölkəsini əhatə edir.

«Kəşfiyyat məlumatlarına əsasən, İranın özündə uran ehtiyatı məhduddur. Mövcud olan da isə çox az miqdarda uran var. Bu da sərfəli deyil» - deyə, nüvə silahının yayılmaması məsələləri üzrə ABŞ dövlət katib köməkçisinin keçmiş müavini, hazırda London Beynəlxalq Strateji Araşdırma İnstitutunun bölmə başçısı Mark Fitspatrik qeyd edib.

Onun sözlərinə görə, hazırda İranın 20-30 nüvə başlığı hazırlamağa üçün uranı var : «Hərbi əməliyyatlar və ya sabotajlar zamanı bu ehtiyat məhv edilərsə, o zaman nüvə proqramını bərpa etmək üçün İran çox ciddi əngəllərlə üzləşəcək. Elə bu strateji səbəbdən də onların əlavə uran tədarükü mənbəyi axtarması təəccüblü deyil.»

Bir müddət öncə yayılmış xəbərdə bildirilirdi ki, nüvə proqramı və hərbi sənayesini inkişaf etdirmək üçün Tehran hakimiyyəti dünyanın hər yerindən mütəxəssisləri «ovlamaq» üçün onlara yüksək məbləğdə maaş vəd edir.

İslam Respublikasının Oslodakı keçmiş konsulu Məhəmmədrza Heydəri də demişdi ki, Tehran əsas diqqəti şimali koreyalı alim və mühəndislərə yönlədir. Onun sözlərinə görə, Afrika dövlətlərindəki yüksək ixtisaslı mütəxəssislərdə diqqətdən yayınmır.

İranın «şikarları» Qərb dövlətləri universitetlərinin məzunu olan alim və mühəndislərdir.

2007-ci ildə Qərb dövlətlərindən birində sığınacaq almış M.Heydəri daha sonra bildirmişdi: «Şimali Koreyanı təmsil edənlər əsasən iki istiqamətdə fəaliyyət göstərir. Birincisi, nüvə bombası yaratmaq, ikincisi, İran üçün daha uzaqdakı hədəfi vura biləcək radiusda ballistik raketlər hazırlamaq».

Keçmiş diplomatın sözlərinə görə, Tehran atom-nüvə proqramının dinc xarakterli olduğunu «desə də əslində bütün gücü ilə nüvə silahı və onun daha səmərəli daşınması üçün vasitə hazırlayır».

İranın nüvə obyektlərini İsrailin vuracağı ehtimalı da gündəlikdən düşmür. «Haaretz»-in yazdığına əsasən, Yaxın Şərqdə baş verənlərlə bağlı nüvə proqramına görəTehran hakimiyyətinə «möhlət verilməyib».

Aluf Benin məqaləsində bildirib: «İndiki şəraitdə İranın nüvə obyektlərinə İsrailin qabaqlayıcı zərblərə endirməsi ağlabatan görünmür. Bu aldadıcı olsa da, gerçəklikdən uzaq nikbinlikdir. Biz hələ udmamışıq. Tehrana münasibətdə hərbi variant istisna deyil. İsrailin zərbəsi iranlı alim və mühəndislərin bildiklərini məhv edə bilməz. Ancaq təcrübə sübut edib ki, nüvə obyektləri dağıdıldıqdan sonra onlar çətinliklə bərpa olunur» - deyə, o, İraq və Suriyadakı uyğun bombardmanları örnək göstərib.

Onun fikrincə, İranın bombalanması nəticəsində İsraildə də yaşayış məntəqələri və ticarət mərkəzlərinin əks –hücumla dağıdılması mümkündür. «İranın bombalanması tərəfdarları buna qarşı çıxmır.

Qışda savaşmırlar… Yaz gəlir, onun ardınca yaydır. Knessetə (İsrail parlamentinə - S.S.) seçkilər yaxınlaşır. 1981-ci ildə Menahem Begin (İsrailin keçmiş baş naziri - S.S.) seçki ərəfəsində İraqın bombalanması əmrini verdi. Bununla da hərbi əməliyyatlara qarşı çıxan rəqibi Şimon Peresi (İsrailin indiki prezidenti - S.S.) qabaqladı. Odur ki, uğurlu zərbə «Likud» və «Atsmaut»un (İsraildə hakim partiyalar-S.S.) hakimiyyətdə qalmasına yardım edə bilər»...






27 Fevral, 2011  00:33 Baxılıb: 1462 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner