Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ABŞ-dan azərbaycanlı jurnalistin deportasiyasına - Münasibət

ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalist Mahir Zeynalovun Türkiyədən deportasiya olunmasına münasibət bildirib. Simsar.az-ın xəbərinə görə, ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Vaşinqtonda keçirdiyi brifinqdə deyib ki, ABŞ bu hadisənin bütün detalları ilə bağlı məlumata malik deyil, lakin onun ölkəsi hər zaman dünyada söz azadlığının müdafiəçisi olub və olmaqda davam edir: “Biz ümid edirik ki, Türkiyə söz, toplaşma və birləşmə azadlıqlarını qoruyacaq. Hesab edirik ki, müstəqil və plüralist KİV sağlam və güclü demokratiya üçün həlledici əhəmiyyətə malikdir”.

Xatırladaq ki, Türkiyədə Fətullah Gülən icmasına (nurçular) məxsus, ingilis dilində nəşr edilən “Todays Zaman” qəzetinin redaktoru və yazarı, Azərbaycan vətəndaşı Mahir Zeynalov fevralın 7-də ölkədən deportasiya edilib. Deportasiya qərarı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın prokurorluğa şikayəti əsasında verilib. R. T. Ərdoğan şikayətində M. Zeynalovun “Twitter”də yazdığı mesajlarda həqarətə yol verdiyini, xalqı kin və düşmənçiliyə təhrik etdiyini bildirib.






8 Fevral, 2014  10:37 Baxılıb: 921 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner