Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AZƏRBAYCAN VƏ TÜRK TƏLƏBƏLƏRİ ERMƏNİ VƏHŞİLİYİNƏ QARŞI BİRLƏŞDİ

Türkiyə Bursa Uludağ Universitetində Xocalı soyqırımına həsrr olunan tədbir keçirilib

Türkiyənin beynəlxalq münasibətlər fakültəsinin tələbəsi, tələbə konseyi başqan köməkçisi Turan Alməmmədovun təşkilatçılığı ilə Türkiyə Bursa Uludağ Universitetində Azərbaycanlı tələbələrin Xocalı soyqırımı ilə bağlı tədbiri keçirilib.

Fevralin 25-də baş tutan tədbirdə universitetin digər tələbələri, bir sıra qonaqlar, müəllimlər və elm adamları da qatılıb.

Mərasimdə həmçinin Azərbaycan Mədəniyyət Dərnəyi Bursa şöbəsinin rəhbəri Handan Askeran, Anadolu Ajans Bursa bölgə müdiri və ermənilərin törətdiyi soyqırımlarla bağlı bir sıra elmi tarixi araşdırmalar edən Ali Eşref Uzundərə də iştirak edib.

Tədbiri giriş sözü ilə açan mədəniyyət dərnəyinin rəhbəri Handan Askeran Xocalı soyqırımından danışaraq türk dünyası gəncliyini birliyə, bərabərliyə çağırıb. Erməni vəhşiliyini dünyaya duyurmaq üçün məsul olduqlarını dilə gətirib.

Erməni vəhşiliyindən danışan Əli Əşrəf ermənilərin türklərə qarşı törətdiyi bütün soyqırımları araşdırmalar nəticəsində əldə etdiyi səkillərlə bir daha sübut edib.

Daha sonra Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş olunub.

Tədbirdən sonra iştirakçılar universitetin girişində yerləşən Mustafa Kamal Atatürkün abidəsi önünə çələng qoyublar. Abidə önündə Xocalıda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasim Azərbaycan və Türk dövlət himnlərinin səsləndirilməsi ilə yekunlaşıb.

Aynurə Həsənova






26 Fevral, 2011  16:51 Baxılıb: 2123 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner