Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda maskalı şəxslər mənzilə basqın edib

Onlar ev sahibəsinin əl-qolunu bağlayıb, boğazına bıçaq dirəyib…

Bu gün səhər saatlarında Bakıdakı mənzillərdən birinə maskalı şəxslər basqın edib. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Ramana qəsəbə sakini Ramin Məcidov saat 08:30-da 102 xidmətinə zəng vuraraq, evinə basqın edilməsi barədə məlumat verib.

O, məlumatda bildirib ki, saat 07:30 radələrində maskalı şəxslər onun evinə soxulub. R.Məcidovun evdə olmadığından istifadə edən maskalı şəxslər onun həyat yoldaşı Şəlalə Məcidovanın əl-qolunu bağlayıblar və bıçağı onun boğazına dirəyərək pulun və qiymətli əşyaların yerini soruşublar.

Məqsədlərinə çatan həmin şəxslər evdəki 400 manata yaxın pulu və zinət əşyalarını götürərək aradan çıxıblar.

Hazırda həmin şəxs və ya şəxslərin tutulması istiqamətində iş aparılır.






26 Fevral, 2011  15:07 Baxılıb: 1546 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner