Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Arif Əliyev: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiyaların yoxlanılma dərəcəsi çox aşağıdır”

Dağlıq Qarabağla bağlı mətbuatda gedən yazılarda bir sıra çatışmazlıqlar var.

SİA-ya açıqlamasında bu sözləri deyən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bu mövzunun daha dərindən işıqlandırılmasına ehtiyac olduğunu qeyd edib. A.Əliyev mövzu ilə bağlı jurnalist araşdırmalarının da az olduğunu dilə gətirib.

Dağlıq Qarabağ münaqişəsi haqqında yazan jurnalistlərin yazılarında işlədilən ifadələrin düzgün işlədilməməsindən siyasi ekspertlərin də əksər hallarda şikayətləndiyini dilə gətirən Jurnalistlər Birliyinin sədri bildirib ki, bir çox hallarda jurnalistlər Praqa və yaxud Madrid prinsiplərinin nədən ibarəd olduğunu bilmir: “Bir çox hallarda siyasi ifadələr düzgün işlədilmir. Buna xüsusi diqqət yetirmək lazımdır, çünki söhbət beynəlxalq səviyyədə aparılan danışıqlardan gedir. Digər bir məsələ isə lazım olmayan halda medianın bu prosesdə tərəf olaraq iştirak etməsidir”.

Bir çox hallarda cəmiyyətə yalnış məlumatların verildiyini deyən A.Əliyev bildirib ki, informasiyaların yoxlanılması dərəcəsi çox aşağıdır: “Söhbət Azərbaycana aid informasiyaların Ermənistanda, yaxud da əksinə getməsindən gedir. 10 ildir ki, bu materialları ciddi şəkildə izləyirik və bu müddət ərzində həm Ermənistan, həm də Azərbaycanın kütləvi informasiya vasitələrində yarım milyona qədər informasiya ilə tanış olmuşuq”.






26 Fevral, 2011  04:34 Baxılıb: 2278 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner