Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan Türkiyənin STOP silah sisteminə maraq göstərir

Azərbaycan Türkiyənin ASELSAN şirkətinin istehsal etdiyi STOP adlı stabilləşdirilmiş artilleriya platformasına maraq göstərir.

Bu barədə APA-ya ASELSAN şirkətindən məlumat verilib.

Abu-Dabi şəhərində keçirilən İDEX-2011 sərgisində nümayiş etdirilən bu silah platforması hazırda bir neçə Körfəz ölkəsinin inventarındadır. Lakin ilk dəfə sistem Abu-Dabidə nümayiş olunub.

ASELSAN stendində nümayiş etdirilən STOP Azərbaycanın müdafiə naziri Səfər Əbiyevə də təqdim olunub. Sistemlə maraqlanan nazir onun texniki göstəricilərini bəyənib.

Şirkətdən bildirilib ki, hazırda bu sistem Səudiyyə Ərəbistanında istifadə olunur. STOP Xəzər dənizindəki hərbi gəmilər üçün ən əlverişli silah sistemidir.

STOP həm quru nəqliyyat vasitələrində, həm də gəmilərdə qurula bilir. Hərəkət vəziyyətində belə hədəfləri dəqiq təyin edə, atəş aça bilir. Silah sistemi 25 mm çaplı avtomatik özünü dolduran topdan ibarətdir.






26 Fevral, 2011  03:00 Baxılıb: 1888 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner