Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Xələf Xələfov Macarıstanın dövlət katibini qəbul edib

Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanda səfərdə olan Macarıstanın dövlət katibi Yolt Nemetin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Azərbaycanda Macarıstan səfirliyinin fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən X.Xələfov həm ikitərəfli əsaslarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında aparılan siyasi dialoqu və münasibətlərin inkişafını yüksək qiymətləndirib.

Macarıstanın dövlət katibi ölkəsinin Azərbaycanla münasibətlərinin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edərək, Azərbaycanın strateji əhəmiyyətə malik olduğunu və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynadığını vurğulayıb. Bu baxımdan Azərbaycanla enerji sahəsində əməkdaşlığa və xüsusilə Cənub Dəhlizi layihəsinin reallaşmasına Macarıstanın böyük maraq göstərdiyini bildirib. Y.Nemet yüksək səviyyədə səfərlər mübadiləsinin davam etdirilməsi vacibliyini qeyd edib.

Görüş zamanı Y.Nemet Macarıstan tərəfinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini və buna Azərbaycan tərəfinin əmin ola biləcəyini bəyan edib. O, ATƏT-in Minsk qrupunun qaçqın və məcburi köçkünlərin öz yaşayış yerlərinə qaytarılmasına xüsusi diqqət yetirməli olduğunu bildirib. Macarıstan rəsmisi Avropa Birliyinin Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə daha da çox diqqət yetirməli olduğunu vurğulayıb. Azərbaycanın Avropa ölkəsi olduğunu bildirən Y.Nemet ölkəmizin Avropa Birliyinə inteqrasiyası üçün imkanlarının geniş olduğunu söyləyib.

Macarıstanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsinə görə Y.Nemetə təşəkkürünü ifadə edən X.Xələfov Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tək Azərbaycan üçün deyil, həmçinin bütün region üçün təhlükəli olduğunu vurğulayıb.

Görüş zamanı regional, qlobal və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.






25 Fevral, 2011  22:45 Baxılıb: 1383 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner