Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MƏRKƏZİ BANK SORĞUMUZA CAVAB VERDİ

“1,3,5 qəpikliklər hal-hazırda tədavüldə qanuni ödəniş vasitəsidir. Milli valyuta pul nişanları Mərkəzi Bankda və kommersiya banklarında məhdudiyyətsiz dəyişdirilə bilər”

Ölkədə 1,3,5 qəpiklər döviyyədə olsa da, bu qəpiklərin istifadəsi zamanı yaranan problemlər barəsində Simsar.az araşdırma aparıb. “Xırda pulların dövriyyədən çıxma təhlükəsi var” başlıqlı araşdırmada marketlərdə, nəqliyyat vasitələrində, bir sıra iaşə obyektlərində xırda qəpiklərin vətəndaşdan qəbul edilmədiyi faktlarla göstərilir. 
Əgər bu qəpiklər götürülməyəcəksə, o zaman dövlət bu pulları niyə buraxır? Suala ekspertlərdən cavab alsaq da Mərkəzi Bankın mövqeyinin öyrənə bilməmişdik. Daha doğrusu, Mərkəzi Bankdan bildirmişdilər ki, suallarımızı onlara yazılı təqdim edək.
Mərkəzi Banka fevralın 21-də göndərdiyimiz sorğuya cavab gəlib. Həmin cavabı təqdim edirik:
- Ünvanladığınız suala cavab olaraq bildiririk ki, Mərkəzi Bank haqqında qanunun 36.1 və 36.3 bəndinə əsasən Azərbaycan Respublikasının Konistutiyasının 19-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının pul vahidi manatdır. Bir manat 100 (yüz) qəpikdən ibarətdir. Pul nişanları kağız və metal pul formasında buraxıla bilər. Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir. 1,3,5 qəpikliklər hal-hazırda tədavüldə qanuni ödəniş vasitəsidir. Milli valyuta pul nişanları Mərkəzi Bankda və kommersiya banklarında məhdudiyyətsiz dəyişdirilə bilər.

Aynurə Həsənova






25 Fevral, 2011  21:18 Baxılıb: 1668 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner