Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Qəddafinin oğlu planlarını açıqladı

“Planımız Liviyada yaşamaq və ölməkdir”

Liviya prezidenti Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam “SNN TÜRK” telekanalına müsahibə verib. Simsar.az-ın verdiyi məlumata görə, Seyf əl-İslam deyib ki, hazırda paytaxt Tripolidədirlər və Liviya əhalisinin yarısı bu şəhərdə yaşayır. 

O, Liviyanın cənubunun və orta qisminin də hökumətin nəzarətində olduğunu söyləyib. Seyf əl-İslam Zaviye və Misurata istisna ilə, Liviyanın qərbinin də hökumətin nəzarətində olduğunu bildirib. Liviya liderinin oğlu Zaviye və Misurata şəhərlərində də problemin aksiya keçirən xalq kütlələri yox, terrorçular olduğunu qeyd edib.

Seyf əl-İslam Liviyanın şərqindəki Benqazi və Derne şəhərlərində də ordu bölmələri və polisin olmadığını, bu şəhərlərə bir qrup terrorçunun nəzarət etdiyini dilə gətirib: “Terrorçular dövlət qurduqlarını elan edirlər. Bu, oyuncaq dövlətdir. Bir şəhərə nəzarəti ələ keçirib, sonra da dövlət qurduqlarını söyləyirlər. Belə dövlət olmaz. Özlərinin radioları var, ingilis və ərəb dilində yayımlanır”.

Liviya liderinin oğlu yaşayış məskənlərini hərbi təyyarələrin bombalaması barədə məlumatları da yanlış adlandırıb: “Çölün ortasındakı silah bazalarını bombaladıq. Tripolidə iki bölgənin dağıdıldığını deyirlər. Gedin baxın, belə bir şey yoxdur. 10 televiziya kanalı var, onlar bizə qarşı düşməncəsinə davranır”.

Maltaya qaçan 2 pilotun Liviya vətəndaşı olduğunu təsdiqləyən Seyf əl-İslam deyib ki, Liviyada 6 min nəfərə qədər pilot var: “O pilotlardan 2-nin bu xəbərlərdən təsirlənməsi təbiidir”.

Seyf əl-İslam ölənlərin sayının şişirdildiyini də vurğulayıb: “242 hərbçi və mülki vətəndaş bu olaylarda həyatını itirib. Terrorçular gəncləri əsgərlərə hücum etmələri üçün hərbi bazalara göndərirlər. Problemli bölgədə 2 milyon insan yaşayır. Ancaq terrorçuların sayı 300 nəfərə qədərdir. Terrorçular silahlı olduğu üçün xalq onlara qarşı çıxa bilmir”.

Seyf əl-İslam “Əl-Cəzirə” telekanalını da qərəzli məlumat yaymaqda ittiham edib: “Bu telekanal baş verən dağıdıcı proseslərə dəstək verir. Ona görə də dünyadakı mətbu orqanların təmsilçilərini Liviyaya dəvət edirik, gerçəkləri gəlib görsünlər”.

O, Liviyanı türklərə və italyanlara buraxmayacaqları ilə bağlı az əvvəl səsləndirdiyi bəyanatı da şərh edib: “ Biz 200 il əvvəl türklərlə, 80 il əvvəl də italyanlarla savaşdıq. “Liviyanı türklərə və italyanlara buraxmayacağıq” ifadəsi Liviyada bir məsələ kimi işlənir. Bizim A, B ve C planlarımız var. A planımız Liviyada yaşamaq və ölməkdir. B planımız Liviyada yaşamaq və ölməkdir. C planımız da Liviyada yaşamaq və ölməkdir”.






25 Fevral, 2011  20:47 Baxılıb: 1414 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner