Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Yavər Camalov: “Uzun müddət lazımdır…”

“Sovet dövründən qalan bəzi silahlar NATO silahları ilə müqayisədə çox yüksəkdir”

«Türkiyənin Makina və Kimya Sənayesi Şirkəti (MKEK) ilə iki istiqamətdə əməkdaşlığı planlaşdırırıq. Bunlardan birincisi atıcı silahların istehsalıdır. Digəri isə MKEK-in Azərbaycandan döyüş sursatları alması ilə bağlıdır. «İstiqlal» snayper tüfənginin yaradılması mərhələsini başa çatdırmışıq. İlin sonuna qədər bu snayper tüfənginin seriyalı istehsalı həyata keçiriləcək. Seriyalı istehsalda MKEK də iştirak etmək istəyir. Bundan əlavə, biz MKEK-in revolver tipli qumbaraatanların və bu silahın döyüş sursatlarının birgə istehsalını həyata keçirəcəyik. Yaxın günlərdə bu layihənin icrasına başlanılacaq».

Bunu APA-ya müsahibəsində müdafiə sənayesi naziri Yavər Camalov bildirib. Y.Camalov qeyd edib ki, Çexlərin istehsal etdiyi «Scarpion»un nümunələri Azərbaycana gətiriləcək

Azərbaycanın istehsal etdiyi silahların NATO standartlarına uyğunluğuna gəlincə nazir qeyd edib ki, Azərbaycan ordusunda olan hərbi texnika və silahlar sovet standartlarına uyğundur: “Amma buna baxmayaraq, gətirdiyimiz texnologiyalarda, eyni istehsalat xəttində həm sovet, həm də NATO standartlarına uyğun məhsulların istehsalı həyata keçirilir.
Sovet dövründən qalan bəzi silahlar var ki, texniki göstəriciləri NATO standartlarına cavab verən silahlarla müqayisədə çox yüksəkdir. Məsələn, «Makarov» tapançası, kalibri 9x18 mm-dir. Biz eyni istehsal xəttində həm 9x18 mm, həm də NATO ordularında istifadə olunan 9x19 mm çaplı güllələri də istehsal edirik. Bizim silahlar hazırlanarkən yerli şərait, xüsusilə də Qarabağ şəraitində döyüş apara bilmə imkanları da nəzərə alınıb”.

Y.Camalov ordunun tam olaraq milli atıcı silahlarla təchiz edilməsinə uzun müddət lazım olduğunu deyib: “Müdafiə Sənayesi Nazirliyinin yarandığı 5 ildir. Ordumuzun silah, sursat və hərbi texnika ilə təmin olunması istiqamətində işlər görürük. Bunlar mərhələli şəkildə həyata keçirilir. Birinci mərhələdə biz iqtisadi cəhətdən səmərəli olan layihələri həyata keçiririk. Hərbi texnikaların, aviasiya vasitələrinin istehsalı iqtisadi cəhətdən səmərəli deyil. Bu işləri son mərhələdə həyata keçirəcəyik. Birinci növbədə, bu gün Azərbaycan Ordusuna lazım olan silah və sursatların istehsalı ilə məşğuluq. 2012-ci ilin sonuna 5.45x39 mm çaplı güllələrdən tutmuş tank və artilleriya silahları üçün də döyüş sursatlarının seriyalı istehsalına malik olacağıq”.






25 Fevral, 2011  20:38 Baxılıb: 1636 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner