Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ötən il Gədəbəydə 2 tondan çox qızıl hasil edilib

Son iki ildə yatağın işlənməsi ilə əlaqədar Azərbaycan hökumətinin payına müqavilə üzrə 308 kiloqram qızıl, 184,4 kiloqram gümüş düşüb

2009-cu ildə gədəbəydəki qızıl yatağından 353 kiloqram hasil edilib. 2010-cu ildə həmin yataqdan qızıl hasilatı 2 ton 51 kiloqrama yüksəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndis əvəzi Azadxan Səfərov Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının qızıl sənayesində şəffaflıq mövzusunda keçirilən dəyirmi masadakı çıxışında belə deyib. Onun sözlərinə görə, 2009-cu ildə Gədəbəydəki qızıl yatağından hasil edilmiş gümüşün ümumi həcmi 128 kiloqram, 2010-cu ildə isə 1 ton 324 kiloqram olub. 

Azadxan Səfərov deyib ki, 2009-cu ildə Gədəbəy yatağının işlənməsi ilə əlaqədar Azərbaycan hökumətinin payına müqavilə üzrə 45 kiloqram qızıl, 16,4 kiloqram gümüş düşüb. Ötən il isə Azərbaycan hökumətinin həmin yataqdan payına düşən qızılın həcmi 263 kiloqram, gümüş 168 kiloqram təşkil edib.






25 Fevral, 2011  18:58 Baxılıb: 1827 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner