Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azərbaycanın iştirakı ilə Avropa Çempionatı başlayır

Futzal üzrə milli komandamız tarixində üçüncü dəfə mötəbər turnirdə iştirak edəcək

Simsar.az xəbər verir ki, Azərbaycan Belçikada keçiriləcək Avropa Çempionatının final mərhələsində “C” qrupunda yer alıb. Millimiz növbəti mərhələyə çıxmaq uğrunda Avropa nəhəngi İtaliya və Sloveniya ilə mübarizə aparacaq.

Rəqiblərimizdən İtaliya 2003-cü ildə turnirin kubokunu başı üzərinə qaldıra bilib. 2010-cu ildə isə bürünc medallara yiyələnib. İki il sonra isə  Dünya Çempionatında da uğurlu çıxışla yadda qalan “Squadra Azzura” kürsünün üçüncü pilləsində qərarlaşmağı bacarıb.

Apenin təmsilçisi bu çempionatda da iddialıdır. Baş məşqçi Roberto Meniçelli də uğurlu çıxışa ümid edir: “Ötən il bizim üçün uğurlu alındı. İşlərimiz qaydasında getdi və biz növbəti dəfə Avropa Çempionatında iştirak hüququ qazandıq. Rəqiblərimiz güclüdür. Ancaq biz uğurlu çıxışa ümid edirik. Belçikaya kubok üçün gəlmişik”.

“Tiffozilər” AÇ-2014-ə I seçmə qrupun qalibi kimi yüksəliblər. Onlar Finlandiya (5:1), Çernoqoriya (6:0) və Macarıstan (9:1) komandalarını mübarizədən kənarlaşdırıblar.

Növbəti rəqibimiz Sloveniya 2003, 2010 və 2013-cü illərdə yarışın iştirakçısı olsa da, heç birində qrupdan çıxa bilməyib. Komandanın çalışdırıcısı Andrey Doboviçnik isə qrupdan çıxmaq üçün əllərindən gələni edəcəklərini bildirib: “İtaliya qrupun favoritidir. Onlarla mübarizə aparmaq bizim üçün çox çətin olacaq. Eləcə də, Azərbaycan milisi çox yaxşı oynayır. Biz onların bir çox matçlarının videoyazılarını izləmişik. Ümid edirik, heç olmasa, Azərbaycanı qabaqlayıb növbəti mərhələyə yüksələcəyik”.

Sloveniya 7-ci seçmə qrupun qalibi kimi final mərhələsinə yüksəlib. Onlar Türkiyə (5:3), Ukrayna (8:3) və İngiltərə (5:2) komandalarını məğlub edərək buna nail olublar.

Millimiz isə tarixində üçüncü dəfə mötərəb yarışda iştirak edəcək. Buna qədər Joze Alesionun yetirmələri dördüncülük əldə edə biliblər. 2010-ci ildə bu uğura nail olan komandamız 2012-ci ildə Serbiya ilə drammatik mübarizənin sonunda 8-9 hesablı məğlubiyyətlə qrupdan çıxa bilməmişdilər.

Joze Alesio bu dəfə daha uğurlu nəticəyə ümid edir. Vitali Borisov, Biro Jade və Felipe kimi oyunçuları olan komandanın hər şeyə qadir olduğunu deyən çalışdırıcı çempionluq uğrunda mübarizə apara biləcəklərini deyib.

Komandamız seçmə mərhələdə Norveç (6:0), Bosniya-Herseqovina (3:2) və Slovakia (2:1) mililərini məğlub edərək final mərhələsinə yüksəlib.

Qeyd edək ki, bu gün start götürəcək yarış fevralın 8-nə kimi davam edəcək. Azərbaycan 31 yanvar tarixində mübarizəyə qoşulacaq. Sloveniya ilə üz-üzə gələcək Joze Alesionun komandası iki gün sonra İtaliya ilə qüvvəsini sınayacaq.

31 yanvar

23:45 Sloveniya – AZƏRBAYCAN

Antverpen, “Lotto Arena”

2 fevral

21:30 AZƏRBAYCAN – İtaliya

Antverpen, “Lotto Arena”

Vüsal Məmmədzadə

 






28 Yanvar, 2014  15:11 Baxılıb: 1983 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner