Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

A.M.A.Y ABDULLA OD PÜSKÜRDÜ

“Malımı əlimdən heç kəs ala bilməz”

A.M.A.Y prezidenti Abdulla Abdullayev sıxışdırılması və barəsində yayılan digər məlumatlara aydınlıq gətirib. Bir müddət öncə ona məxsus «Birlikbank»ın fəaliyyəti Mərkəzi Bankın qərarı ilə dayandırılıb. Bu təzyiqlərdən sonra A.Abdullayevin ölkəni tərk etməsi barədə də informasiyalar yayılıb. 

A.Abdullayev “Bizim Yol”a açıqlamasında həbs edilən yaxınlarının günahsız olduğunu bildirib: “Onların günahı yoxdur. Mənə yaxın insanların həbsi bəzi adamların maraqlarından irəli gəlib. Hazırda heç bir yenilik yoxdur. Məhkəmə işləri gedir. İnanıram ki, haqq öz yerini tutacaq. Günahsız adamlar da azadlığa buraxılacaq”. 

Ölkəni tərk etməsi ilə baglı deyılənlərə gəlincə, A.Abdullayev bunu tekzib edib: “Siz mənimlə telefonla danışırsınız. Mənim telefonum rominq olsa yəqin ki, bunu zəng edən an hiss edərdiniz. Mən heç zaman Azərbaycandan qaçmaram. Mən elə bir adamam ki, nə tutulmaqdan, nə də ölməkdən qorxuram. Borc məsələsinə gəlincə, mənim Azərbaycandakı varidatım bir milyard dəyərindədir. Hətta borc olsa belə, bunun yanında heç nədir. Mənim öhdəlyim varsa, bu başqa məsələdir. Biznes elə bir fəaliyyətdir ki, buada pul alınır, verilir. Ancaq bu tamam ayrı məsələdir ki, mənim varidatımda başqalarının gözü var”. 

“Mal-mülkünüzdə kimlərin gözü var” sualına A.M.A.Y prezidenti belə cavab verib: “Siz jurnalistsiziniz, imkanlarınız da var ki, bunu baş prokurordan və Mərkəzi Bankın rəhbərindən soruşasınız. Bu adamlardan soruşun ki, məndən nə istəyirlər? Abdullanın malında-mülkündə kimin gözü var? Siz haradansa eşitmisiz ki, Abdulla haqqını kiməsə yedizdirə? Mən varımı heç kimə vermərəm. Mən bu vəziyyətə elə-belə gəlməmişəm. Mən dövlətçiliyi müdafiə eləyən, dövlətimə sədaqət göstərən adam olmuşam. İndi kimlərsə məni hədəfə alıblar. Amma bilsinlər ki, bunlar əbəsdir. Mən var-dövlətimi heç kəsə yedizdirən adam deyiləm”.

Simsar.az






25 Fevral, 2011  16:39 Baxılıb: 4155 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner