Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Dövlət Gömrük Komitəsinin sədri Argentina mətbuatında

Azərbaycanın Dövlət Gömrük Komitəsinin Sədri Aydın Əliyev Argentinaya rəsmi səfər edib. Simsar.az - ın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər zamanı Federal Gəlirlər üzrə Dövlət Administrasiyasının (AFİP) rəhbəri Rikardo Eçeqaray ilə görüş keçirilib. 2011-ci il fevralın 22-də baş tutan görüşdə iki ölkənin gömrük xidmətlərinin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb və gömrük sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Daha sonra, Aydın Əliyev və Rikkardo Eçeqaray tərəfindən “Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş” imzalanıb. Buenos-Ayresin “Alvear Palace” otelində isə Argentinadakı Səfirliyimizin birgə təşkilatçılığı ilə “Argentinada Azərbaycan Gömrüyü Günü” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan səfir M.Əhmədzadə ölkəmizin reallıqları və Argentina ilə əməkdaşlıq istiqamətləri barədə məlumat verib. Tədbir konsert proqramı ilə davam etdirilib. Pianoçu Vüqar Camalzadə, solistlər Zaur Əmiraslanov və Aysel İbrahimovanın ifa etdikləri milli, habelə ispan, italyan və portuqal dillərində klassik və estrada mahnıları gurultulu alqışlarla qarşılanıb. Tədbir “Azərbaycan gömrüyü bəşəri dəyərlər prizmasından” adlı sərginin nümayişi ilə davam etdirilib.

Dövlət Gömrük Komitəsi tərəfindən nəşr edilən “Azərbaycan gömrüyü mədəni irsin keşiyində”, “Azərbaycan gömrüyü tarixi təsviri sənətdə”, “Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik”, “Azərbaycan gömrük muzeyləri” adlı kitabların təqdimatı da keçirilib. Aydın Əliyev həmçinin, Argentinanın nüfuzlu “El Guardian”, “La Revista Diplomatica” və “Agenda Diplomatica” jurnallarına müsahibələr verib habelə, tədbir Argentina KİV - ləri tərəfindən geniş şəkildə işıqlandırılıb.






25 Fevral, 2011  16:22 Baxılıb: 1442 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner