“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) sədri, millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və dəvəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB), Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İB-nin, Dini Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə məşhur təsəvüf araşdırmaçısı, yazar Cemalnur Sargut Azərbaycana gələcək. Yazar, bir sıra proqramlarda və yeni kitabının təqdimatında iştirak edəcək. “Ayətü'l Kürsi”, “Yaradılış Sirri”, “İnsan-ı Kamil'in Həqiqəti”,” Aşktan Dinle”, “Can-ı Candır”, “Hz. Adem”, “Şəms”,” Ey İnsan”, “Peyğəmbərə Sevdirilən Qadın”,” Kəbənin Həqiqəti” və.s kitabların və bir sıra əsərlərin müəllifi yanvarın 29-u Bakıya gələcək. 0, fevralın 1-dək Bakıda səfərdə olacaq.
Yanvarın 30-da R.Behbudov adına Dövlət Mahnı Teatrında “Ortaq Türk kültürü və mənəvi dəyərləri: yeni dövrün çağırışları, aydınların üzərinə düşən vəzifələr” mövzusunda tədbir keçiriləcək. Camalnur Sargutun “Dinlə” kitabının təqdimatının da keçiriləcəyi tədbirdə bir neçə ictimai təşkilat tərəfindən yazara mükafatlar təqdim ediləcək. “Dinlə” ABAİ İB tərəfindən Azərbaycan dilinə uyğunlaşdırılaraq Bakıda çap edilmiş son əsərdir.
Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bildirib ki kitabın satışından əldə olunan gəlir autizimdən əziyyət çəkən ailələrə yardıma sərf olunacaq. Səfər çərçivəsində Cemalnur Sargut və onu müşayiət edən geniş heyət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəhbərliyi, MM-in Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvləri, habelə aparıcı KİV və QHT nümayəndələri ilə görüşü də nəzərdə tutulub. Qonaqlar eyni zamanda Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, Türk şəhidliyini, Güllələnmiş Abidələri,Xocalı Soyqırımı abidəsini və şəhərimizin tarixi yerlərini ziyarət edəcəklər.
Simsar.az