Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İSTİFADƏSİZ AVTOBUSLARIN SAHİBİ TAPILMADI

Alatava sakinləri Simsar.az-a, sayt qurumlara üz tutdu

Yasamal rayonu, 2-ci Alatava, 20 yanvar küçəsində maşınların hərəkətinə mane olan, işlənməyən avtobuslar saxlanılır. İki ildir yolun kənarında sökülmüş vəziyyətdə olan avtobuslar, gediş-gəlişə çətinlik yaratdığından sakinlər narazılıqlarını bildirir. Simsar.az məsələni araşdırıb. 

Sakin Qurban Qurbanov istifadə olunmayan avtobusların Alatava yolunda tıxac yaratdığını deyir: “Bilinmir bura avtodayanacaqdır, yoxsa marşrut yolu. Neçə ildir burda saxlayıblar bunları. Sahibi də yoxdu. Sınıq-salxaq avtobuslar həm insanların, həm də maşınların gedib-gəlişinə mane olur.

Ərazidə kirayə yaşayan xanım: “Bu avtobuslar yolda basabas yaradır. Rahat gedib- gələ bilmirik”.



Sakin Arzu Süleymanovu sözlərinə görə, avtobuslar iki ildir ki, burdadır: “Gediş-gəlişə mane olur. Qarşı tərəfdə maşınlar gələndə ümumiyyətlə yoldan keçmək mümkün deyil. Burda qəzalar da olub, uşaq da vurublar”.

Alatavada dispetçer işləyən Hətəmov Kənan istifadə olunmayan avtobusların “Unibank”a aid olduğunu söylədi: “Unibank” onları buradan götürməlidir. Lakin bankın cərimə meydaçasında yer olmadığından hələlik avtobuslar gördüyünüz ərazidə qalır. Martın 1-dən etibarən bank üçün yeni yer ayrılacaq və o zaman da problem aradan qaldırılacaq.”

“Unibank”ın nümayəndəsi isə sökülmüş avtobusların onlara aid olmadığını bildirir: “Ola bilsin avtobuslar “UniLeasihg” şirkətinə məxsus maşınlardır”.

“UniLeasing” şirkətinin əməkdaşı avtobusların müəyyən şəxslərə icarəyə verildiyini deyir: “Dəqiq deyə bilmərik, bəlkə də bizim avtobuslardır. Lakin biz həmin avtobusları lizinq yolu ilə müəyyən şəxslərə veririk və məsuliyyəti də onlar daşıyır. Biz həmin avtobusların ordan götürülməsi məsələsinə qarışmırıq”.

Bakı şəhər Nəqliyyat Departamentinin mətbuat xidmətinin nümayəndəsi Samir Həsənov məsələnin onların səlahiyyətində olmadığını, ona görə də heç nə deyə bilməyəcəyini söylədi.

Şəhla Mehdiyeva






25 Fevral, 2011  15:37 Baxılıb: 1985 Çap

Bu bölmədə


XƏBƏR LENTİ







10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54


sagbanner