Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Bəzi telekanallarımız üçün Azərbaycan sanki müharibə vəziyyətində olan ölkə deyil”

Millət vəkili: "Elə şou proqramlar təşkil edirlər ki, onlar bilavasitə milli mənəviyyatımıza ziddir, xalqımızın adət-ənənələrinə hörmətsizlikdir".

“Azərbaycan mətbuatı Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində iş aparır və vaxtaşırı olaraq KİV-lərimiz faciələrimizlə bağlı mövzulara yer verir”. Bunu hakim Yeni Azərbaycan Partiyasının internet saytına müsahibəsində millət vəkili Bəxtiyar Əliyev deyib.

Amma onun fikrincə, KİV-lər bu məsələyə diqqəti daha çox artırmalıdır: “Təəssüflə deməliyəm ki, bəzi televiziyalarımız üçün Azərbaycan sanki müharibə vəziyyətində, sanki belə dəhşətli bir faciənin ildönümü ərəfəsində olan ölkə deyil. Elə şou proqramlar təşkil edirlər ki, onlar bilavasitə milli mənəviyyatımıza ziddir, xalqımızın adət-ənənələrinə hörmətsizlikdir. Və bu da son nəticədə Azərbaycan xalqı, Azərbaycan dövləti haqqında mənfi imic formalaşdırmağa xidmət edir. Belə bir mühitdə gənclərimizə vətənpərvərlik ruhu aşılamaq çətinliyi yaranır, onların vətənpərvərlik ruhu öldürülür. Bu çox təhlükəli bir tendensiyadır. Təsəvvür edin ki, Xocalı faciəsində ailə var ki, ən son üzvünə kimi canını qurban verir, torpağından bir addım da olsun geri çəkilmir, amma bəzi telekanallarda Azərbaycan ailəsi gülünc vəziyyətə salınır, məsxərə obyektinə çevrilir və dünyanın ən çox dəyər veridiyi Azərbaycan ailəsi eybəcər sosial institut kimi təqdim olunur. Hansı ki, bu ailə çox möhkəm bir sağlam ailədir və dünyaya nümunə olacaq bu instutut, gözəl ailə münasibətləri əsrlərdir ki, qorunub saxlanır”.

Bəxtiyar Əliyevin sözlərinə görə, telekanallardakı mənfi tendensiyanın nəticəsidir ki, Azərbaycan ailələrində də problemlər yaranır və gənclərdə düzgün olmayan təsəvvürlər formalaşır: “Bu isə başımıza gətirilən faciələrə biganəlik yaradır. Çox arzu edərdim ki, bizim televiziyalarımızda faciələrimizə kampaniya kimi deyil, xüsusi diqqət yetirilsin. Bu faciələrin baş vermə səbəbini arşdırmalıyıq, qarşısının alınması üçün hansı işlər görülməli, qan yaddaşımızın qorunub saxlanılması, tarixdən ibrət dərsləri götürmək yolları aranıb axtarılmalıdır. İstərdim ki, televiziyalarımız gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, Azərbaycan ailəsində sağlam mühitin formalaşması, adət-ənənələrimizin yaşaması, Azərbaycanda gedən uğurlu quruculuq işlərinin tərənnüm edilməsi, ölkəmizin firavan bir ölkəyə çevrilməsinin təbliğatçısı olsunlar”.






25 Fevral, 2011  14:36 Baxılıb: 1548 Çap

Bu bölmədə


XƏBƏR LENTİ







10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54


sagbanner