Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bu gün bir neçə hakimin cəzalandırılacağı gözlənilir

Bu gün Məhkəmə Hüquq Şurasında iclas keçirilərək bir neçə məhkəmə işçisinin və hakimin cəzalandırılacağı gözlənilir.

Bu barədə “Yeni Müsavat”ı məlumatlandıran mənbə bildirdi ki, iclasda bir neçə rayon məhkəməsi ilə yanaşı Gədəbəy məhkəməsindəki nöqsanlarda müzakirə ediləcək.

Xəbərə görə, Gədəbəy Rayon İcra Hakimiyyətinin icra başçısı Kamran Rzazadənin rayon məhkəməsində baş məsləhətçi işləyən qohumu məhkəmədə bütün işlərə nəzarət edir: “Bu səbəbdən də məhkəmədə qərarlar Kamran Rzazadənin iradəsi əsasında çıxarılır. Məhkəmənin sədrləri onunla hesablaşmayanda Kamran Rzazadənin dəstəyi ilə həmin sədrlər işdən çıxarılır. Kamran Rzazadə icra başçısı olduğu 5 il müddətində 3 məhkəmə sədri dəyişib. Yanvarda Gədəbəy məhkəməsinin əvvəlki sədri Hüseyn Hüseynov sədrlikdən çıxarılaraq hakim təyin edilib, Vahid Sadiqov isə onun yerinə təyin olunub”.

Mənbə əlavə etdi ki, son zamanlar ölkədə gedən antikorrupsiya dalğası çərçivəsində bu iclasda bir neçə hakimin cəzalandırılması nəzərdə tutulub.






25 Fevral, 2011  13:46 Baxılıb: 1556 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner