Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məktəbli formaları və uniformaların qiyməti arta bilər

Dünya bazarında pambığın və ondan hazırlanan xammalın bahalaşması Azərbaycanda geyim istehsalı ilə məşğul olan şirkətlərə çətinliklər yaratmağa başlayıb.

Yerli geyim istehsalçıları pambığın bahalaşması ilə əlaqədar olaraq xaricdən gətirilən parçaların qiymətinin kəskin artdığını bildirir.

Qeyd edək ki, yerli şirkətlərin əksəriyyəti istehsal üçün xammalı Türkiyədən alır. Yerli müəssisələrin məlumatına görə, son bir neçə həftə ərzində Türkiyədən gətirilən parçaların qiyməti təqribən 50% artıb. Növündən asılı olaraq adi parçalar təxminən 30-50% bahalaşıb. Bu isə buraxılan məhsulun qiymətini 15-30%, bəzi məhsullarda hətta 50% artırıb.

Bahalaşma uniformalardan tutmuş, adi geyim əşyalarına və xüsusi təyinatlı geyimlərədək bütün məhsullara təsir edib. Uniformaların istehsalı ilə məşğul olan «Aynur Company»nin direktoru Hüseynağa Mahmudov «APA-ECONOMICS»ə bildirib ki, xammalın bahalaşması nəticəsində şirkətin istehsal etdiyi uniformaların qiyməti 10 manatdan 13 manata, fəhlə gödəkçələrinin qiyməti 20 manatdan 23 manata qalxıb.

Geyim əşyalarının istehsalı ilə bağlı əvvəlcədən iri sifarişlər qəbul etmiş bəzi şirkətlər isə əvvəlki şərtlərin dəyişdirilməsi ilə bağlı sifarişçilərlə danışıqlara başlayıb. Azərbaycanda müxtəlif güc strukturları üçün xüsusi təyinatlı geyimlərin istehsalı üzrə dövlət sifarişlərini yerinə yetirən «Bakı Tikiş Evi» geyimlərin qiymətlərinə yenidən baxılması üçün sifarişçilərə müraciət etməyə hazırlaşır. ASC-nin sədr müavini Eldar Haqverdiyev bildirib ki, dünya bazarındakı bahalaşma nəzərə alındıqda, sifarişlər əvvəlki qiymətlə yerinə yetirilərsə, bu, ASC-nin zərərə düşməsi ilə nəticələnəcək: «Bizim aldığımız parçanın 1 metrinin qiyməti 5,85-6 dollardan 6,8-7 dollara qalxıb».

Qiymət artımı özünü ASC-nin istehsal etdiyi məktəbli formalarının qiymətində də göstərəcək. E.Haqverdiyevin sözlərinə görə, geyimlərə sərf olunan parçanın tərkibini və həcmini nəzərə alanda, böyük siniflərin şagirdləri üçün formaların 5 manatadək, aşağı siniflər üçün isə 1-2 manat bahalaşacağı qaçılmazdır.

Xatırladaq ki, ötən həftənin sonunda dünyada pambığın qiyməti tarixdə ən yüksək həddə - 4500 dollar/tona çatıb. Pambığın qiyməti avqustdan indiyədək 2,6 dəfə, bu ilin əvvəlindən isə 40% artıb. Bununla əlaqədar olaraq dünyada geyim əşyalarının qiymətində 30-70% artım müşahidə olunur.






24 Fevral, 2011  20:30 Baxılıb: 1600 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner