Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“QARDAŞIMI AŞAĞIDA SAXLATMIŞDIQ, GÜLLƏ ONA YATILI YERDƏ DƏYİB”

HƏRBİ HİSSƏDƏ ÖLDÜRÜLƏN ƏSGƏR ƏFQAN KƏRİMOVUN QARDAŞININ İTTİHAMLARINI MÜDAFİƏ NAZİRLİYİ CAVABSIZ QOYDU

Fevralın 20-də Müdafiə Nazirliyinin hərbi hissələrindən birində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib. Hadisə zamanı 7 əsgər öldürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.  

Müdafiə Nazirliyinin “N” hərbi hissəsində qanlı olayda ölən Əfqan Yaşar oğlu Kərimovun qardaşı Sərvər Kərimov Media forum” saytına açıqlamasında bir sıra ittihamlar səsləndirib. Onun sözlərinə görə, qardaşı Əfqan Kərimovun ermənilər tərəfindən öldürülməsi baraədə deyilənlər yalandır:
“İki aydan bir qardaşım Əfqanın yanında olurdum. Biz uşağımızı yuxarı posta - ermənilərlə üzbəüz posta qalxmağa qoymamışdıq, aşağıda saxlatmışdıq ki, erməni gülləsinə tuş gəlməsin. Halbuki erməni bizim öz içimizdən çıxdı. Qardaşıma iki güllə dəyib. Güllənin ona yatılı vəziyyətdə vurulduğu bilinirdi. Mənim aldığım məlumata görə də, uşaqlardan 4-ü yatılı, 3-ü ayıq vəziyyətdə vurulub. Əfqana güllə sağ böyründən və bud nahiyəsindən dəyib. Güllə yaxın məsafədən vurulub. Bildiyimə görə, uşaqların həmin postda yatdığı yer üç metr uzunluğunda bir otaqdır. Uşaqları güllələyən qapıdan içəri girib və təxminən iki metr, metr yarım məsafədən onları güllələyib”.

Sərvər Kərimov qardaşının meyitini videolentə aldığını deyərək, bu məsələni belə qoymayacağının bildirib:
“Qardaşımın başından barmağının ucuna qədər, harasına nə olub, nə yarası vardı, hamısını videoya çəkib saxlamışam. Onları hara lazımdırsa, verəcəm”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev simsar.az- a bildirdi ki, baş vermiş hadisəylə bağlı nazirliyin rəsmi açıqlaması var və istintaqın davam edir. Öldürülən əsgərin qardaşının səsləndirdiyi ittihamlara isə cavab vermədi: “İstintaq prosesində əlavə məlumatlar olsa mətbuata açıqlanacaq”.

Aynurə Həsənova






24 Fevral, 2011  19:34 Baxılıb: 1699 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner