Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Daha 8 Azərbaycan vətəndaşı Liviyadan çıxarılacaq

Səfir: “Bütün Azərbaycan vətəndaşlarına Liviyanı tərk etməkdə kömək etməyə hazırıq”

Sabah daha 8 Azərbaycan vətəndaşı Liviyadan evakuasiya olunacaq. Bu barədə APA-ya Azərbaycanın Liviyada fövqəladə və səlahiyyətli səfiri Ağasəlim Şükürov məlumat verib. Səfirin sözlərinə görə, soydaşlarımız “Türk Hava Yolları”nın təyyarəsi ilə İstanbula, oradan isə Azərbaycana göndəriləcək. Bununla bağlı Türkiyənin Liviyadakı səfirliyi ilə razılaşma əldə olunub. O dünən Ukrayna Müdafiə Nazirliyinin təyyarəsi ilə Liviyadan 12 Azərbaycan vətəndaşının təxliyə olunduğunu deyib. Evakuasiya olunan soydaşlarımızdan 4-ü qadın, 4-ü azyaşlı uşaqdır. Liviyada işləyən 3 Azərbaycana vətəndaşı çalışdıqları “Şlyumberje” şirkəti, bir vətəndaş isə bp şirkəti vasitəsilə ölkədən çıxarılıb. 

Bu gün daha bir neçə nəfər ölkədən çıxmaqda yardım göstərilməsi üçün Azərbaycan səfirliyinə müraciət edib. Onların arasında dörd azərbaycanlı tələbə də var: “Bu şəxslərin pasport məsələsi ilə bağlı problemləri var. Lakin biz sabah onları “Türk Hava Yolları”nın təyyarəsi ilə İstanbula göndərməyi planlaşdırırıq. Problem odur ki, ölkədə iğtişaşlar başladıqdan sonra səfirliyimizə konsulluq qeydiyyatında olmayan Azərbaycan vətəndaşları kömək üçün müraciət edib. Qaydalara görə, ölkəyə gələnə istənilən Azərbaycana vətəndaşı üç gün ərzində konsulluqda qeydiyyata alınmalıdır. Bu vətəndaşlarımıza nəzarət və onların təhlükəsizliyinin təminatı baxımından həyata keçirilən proseduradır. Səfirliyimizə konsulluqda qeydiyyata düşməyən 8 vətəndaşımız müraciət edib, hansı ki onların Liviyada olmasından xəbərsiz idik. Biz bütün arzu edən Azərbaycan vətəndaşlarının Liviyanı tərk etməsi üçün əlimizdən gələn köməyi etməyə hazırıq”.






24 Fevral, 2011  18:47 Baxılıb: 1386 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner