Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Əsir Azərbaycanın “Boğulmayan səsi”

Nerdə məni gül qoynunda doğuran,

Хəmirimi göz yaşıyla yoğuran,

Beşiyimdə, layla balam, çağıran…

Azərbaycan, mənim baхtsız anam oy!

Neçə bir yıl həsrətinlə yanam oy!..

Azərbaycanı bəxtsiz ana adlandıran, ona laylay deyib çağıran şair şeirində neçə il həsrət çəkdiyini bildirir. Azərbaycan poeziyasının təkrar olunmaz nümunələrindən olan «Əsir Azərbaycanım» şeirində vətən həsrəti, qəm-kədər, qüssə hiss olunur. Almas İldırım poeziyasının əsası həyatı ilə bağlı xatirələr təşkil edir. Şeirlərində iztirab, kədər və dərddən yorğunluq, vətən həsrəti hiss olunur. Vətən həsrəti, qəribliyin hüznü Almas İldırımın demək olar ki, bütün əsərlərinin aparıcı ahəngini təşkil edir.

Almas İldırım 1907-ci il mart ayının 25-də Bakının Qala kəndində anadan olub. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəslinə mənsubluğu onu sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevirir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin şərq ədəbiyyatı fakültəsindən xaric edililib. 1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bugün" adlı şeir məcmuəsinin müəllifi olur. Yaradıcılığının ilk nümunələrindən olan «A dağlar» adlı şeirində şair təbiət gözəlliklərinin təsviri və tərən¬nümü fonunda özünün ictimai düşüncələrini ifadə etməyə çalışıb. Müəllif bu şeirində o zaman İstanbulda nəşr olunan «Həyat» dərgisində yaza bilmədiklərini sətiraltı mənalarla çatdırıb:

Çəkilmiş qəlbinə əskidən min dağ,

Titrəyir eşqini anan hər dodaq,

Yayılır şikəstə səsləri dağ-dağ,

Nə söylər bu qərib dillər, a dağlar?..

Şairi 1928-ci ildə şeirlərində ifadə olunan millətçi fikirlərinə görə, Dağıstana sürgün ediblər. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb “Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirib. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə o Türkmənistana sürgün edilir. Almas İldırım Türkiyədəki on yeddi illik həyatında jurnal və məcmuələrdə, qəzetlərdə milli şeirlərini nəşr etdirib, milliyətçi və istiqlalçı bir şair olaraq tanınıb. Yazdığı şeirlər "Boğulmayan səs" adı altında çap olunub. Türkmənistanda şairin ideolojiyasının zərərli olduğunu düşünürdülər.

Bundan sonra Türkmənistanda qalmaq Almas İldırım üçün təhlükəli idi və 1933-cü ildə yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur. İrana çatır və dərhal həbs olunur. 25 gün dustaqda qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. O, sağalmaz böyrək xəstəliyinə tutulur. Almas İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. 1934-cü ildə Almas İldırım Türkiyə vətəndaşlığına qəbul edilir. Almas İldırım Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. 1952-ci ilin 14 yanvarında 45 yaşında böyrək xəstəliyindən vəfat edib.

 

Turanə İbrahimi







20 Yanvar, 2014  18:45 Baxılıb: 1385 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






28 Sentyabr, 2020  10:11



28 Sentyabr, 2020  09:26


18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

16 Sentyabr, 2020  09:30






10 Sentyabr, 2020  10:09




9 Sentyabr, 2020  14:11






9 Sentyabr, 2020  09:31





5 Sentyabr, 2020  10:17


4 Sentyabr, 2020  13:34




3 Sentyabr, 2020  11:48

1 Sentyabr, 2020  13:52



1 Sentyabr, 2020  09:18



sagbanner